Ümummilli lider Heydər Əliyev Həştərxanda ehtiramla anılıb

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə bu gün Həştərxan şəhərində Azərbaycanın ümummilli liderinin abidəsi ziyarət olunub, abidə önünə gülqoyma mərasimi keçirilib.

Tədbirdə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin tapşırığı ilə qubernator müavini vəzifəsini icra edən Həştərxan vilayətinin hökumətinin sədri Mixail Boqomolov, vilayət Administrasiyasının rəhbər şəxsləri və Dumanın üzvləri iştirak edib.

Qeyd edək ki, Heydər Əliyevin abidəsinin açılışı 2010-cu ildə Həştərxan şəhərində Volqa çayının sahilində yerləşən və onun adını daşıyan parkda gerçəkləşib.

“Bu gün biz Azərbaycanın ümummilli lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin xatirəsini ehtiramla yad edirik” -deyən Mixail Boqomolov, Rusiya ilə Azərbaycan arasında tərəfdaşlığın əsasını qoyan ümummilli liderin bu münasibətlərdə əvəzsiz rolu olduğunu vurğulayıb.

 

“Bu gün Azərbaycanla mehriban qonşuluq, tərəfdaşlıq münasibətlərimiz inkişaf edir. Biz həmişə xatırlayırıq ki, müdrik və uzaqgörən siyasətçi Heydər Əliyev, Rusiya ilə Azərbaycan arasındakı dostluğun başlanğıcında əsas rol oynayıb “-deyə Mixail Boqomolov bildirib.

11 nömrəli Həştərxan orta məktəbinin direktoru Tatyana Tixomirova isə bildirib ki, 10 il bundan öncə məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə direktor olduğu məktəbin yenidən qurulması həyata keçirilib.

“2011-ci ilin dekabr ayında təmir olunmuş binaya girdik. Məktəbin Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin adını daşıdığı üçün qürur duyuruq” deyə Tixomirova xüsusilə vurğulayıb. O, həmçinin bütün beynəlxalq layihələrdə Azərbaycanla bərabər iştirak etdiyini və təəssüf hissi ilə son bir ildə yalnız onlayn iştirak edildiyini və pandemiyadan sonra Xəzəryanı dost dövlətlə yenidən əyani görüşlərin təşkil ediləcəyinə ümid bəslədiyini bildirib.

Tədbirə Azərbaycan Diasporasının nümayəndələri də qatılıblar.

 

0
318
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar