Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb

2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edildiyi komanda-qərargah təlimi başlayıb.

"MediaPost"un məlumatına görə, komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun “həyəcan” siqnalı ilə qaldırılaraq təyinat rayonlarına çıxarılıb.

Qoşunların fəaliyyətinin düşmənin hava kəşfiyyat vasitələrindən gizlədilməsi məqsədilə onların ərazidə maskalanması aparılıb. Maskalanma zamanı idarəetmə məntəqələrinin, cəmləşmə rayonlarının və döyüş texnikalarının saxta mövqelərinin yaradılmasına, müxtəlif növ texniki vasitələrlə təchiz edilməsinə xüsusi diqqət yetirilib.

 

Xəbərlər departamenti

0
42
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar