Nazir “BİR” könüllüləri təltif edib

Mayın 7-də 2020-ci il – "Könüllülər ili” çərçivəsində aktiv fəaliyyət göstərən bir qrup tələbə-könüllünün təltifetmə mərasimi keçirilib.
İştirak edən təhsil naziri Emin Əmrullayev könüllülük fəaliyyətinin tələbələrə qazandırdıqlarından danışıb. Nazir bildirib ki, könüllülük fəaliyyətinin gənclərimizin əsas fəaliyyət istiqamətlərindən birinə çevrilməsi sevindirici bir haldır.
Təhsil naziri sonda "BİR” tələbə-könüllüləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.
Pandemiya dövründə könüllülərin aktiv fəaliyyətini diqqətə çatdıran təhsil nazirinin müavini Firudin Qurbanov öz növbəsində könüllük fəaliyyəti əsasında qazanılan bilik və bacarıqların şəxsiyyət kimi formalaşmaqda mühüm rol oynadığını vurğulayıb.
Sonda könüllülərə sertifikatlar təqdim olunub. Qeyd edək ki, "Bir” tələbə-könüllü proqramı tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərir. BİR könüllü olmaq istəyən tələbələr https://konullu.edu.az/ saytı vasitəsilə qeydiyyatdan keçə və proqrama qoşula bilərlər

0
362
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar