Nüvədiyə qayıdışla bağlı beynəlxalq təşkilatlara müraciət ediləcək

Azərbaycanın tarixi torpaqlarından olan Nüvədi kəndinə qayıdışla bağlı beynəlxalq təşkilatlara müraciət edilməsi planlaşdırılır. Bununla bağlı tanınmış hüquqşünas alim, BDU-nun Hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev Nüvədi kəndinin sakinlərinə müraciət edib. Müraciətdə deyilir:Əziz Nüvədi kəndinin sakinləri! Nüvədi kəndinə qayıdışla bağlı beynəlxalq qurumlara müraciətlə əlaqədar imza ilə dəstək verməyiniz Sizdən xahiş olunur.Qeyd: Bu imzanın toplanan əvvəlki imzalarla heç bir aidiyyatı yoxdur. O cümlədən əvvəlki və indiki müraciətlərin də biri-birinə qətiyyən ziddiyyəti də yoxdur.Gəlin məsələnin beynəlxalq hüquq müstəvisində həll edilməsinə dəstək verək.Bunu üçün isə yalnız Nüvədidə anadan olmuş hər bir şəxs haqqında aşağıdakı məlumatların tezliklə toplanıb mənə göndərilməsinə dəstək verməyinizə ümid edirəm. Məlumatların ailələr və qohumlar çərçivəsində birlikdə edilməsini (ən aşağı 10 nəfər ) Sizdən xahiş edirəm. Bu bizim işimizi asanlaşdıracaqdır. Hər bir şəxs haqqında məlumatlar:Adı, soyadı, atasının adı; anadan olduğu yer (Nüvədi kəndi); anadan olduğu tarix; hazırda yaşadığı ünvan; şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi; telefon nömrəsi; ailə vəziyyəti (evli (subay) və övladlarının sayı).Biz formaları hazır edəndən sonra, hamıya fərdi şəkildə çatdırılmaqla imzalanacaqdır. Xahiş edirəm ki, bu işə ciddi və məısuliyyətli yanaşaq. Əvvəlki tariximizi bərpa edək və gələcək nəsilllərə ötürək. Bu işə kömək edənlərə çox minnətdar olardım. Xatırladaq ki, Nüvədi kəndinin adı 1593 ci ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin İsgəndərqalası livasının nahiyəsi Masırı nahiyəsinin kəndi olaraq adı çəkilir. Kəndin adı 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Nüyədə, erməni, rus dilli mənbələrdə Nyuvadi formalarında qeyd edilir. Yerli əhali isə kəndə Nüyədi, Nüədi deyirdilər. Toponim "dağ ətəyində ovuq, çökək yer" mənasında işlənən nüyək, nüək, nüyəx, "iki tərəfi qaya olan sahə" mənasında işlənən "nüy" sözünə fars dilində "kənd" mənasında işlənən "deh" sözünün variantı olan "di" sözünün qoşulması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km şimal-şərqdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilmişdir.

Kənddə 1831-ci ildə 291 nəfər, 1873-cü ildə 705 nəfər, 1886-cı ildə 1083 nəfər, 1897-ci ildə 952 nəfər, 1904-cü ildə 771 nəfər, 1914-cü ildə 1072 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla ata-baba torpaqlarından deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz evlərinə dönə bilmişdir.
Burada 1922-ci ildə 662 nəfər, 1926-cı ildə 480 nəfər, 1931-ci ildə 590 nəfər, 1979-cu ildə 1700 nəfər yalnız azərbaycanlı yaşamışdır. Ermənistanın xüsusi göstərişi ilə indiki Ermənistan ərazisində sonuncu azərbaycanlı kəndi olan Nüvədi kəndinin sakinləri - azərbaycanlılar 1991-ci il avqustun 8-də tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi kənddə ermənilər yaşayır.
1994-cü ildə kəndin adı dəyişdirilib Nrnadzor qoyulmuşdur.

0
326
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar