Rusiyada helikopter qəzası: Ölən və yaralananlar var

0:00
0:00

Rusiyada helikopter qəzaya uğrayıb.

TASS xəbər verir ki, hadisə Arxangelsk əyalətində qeydə alınıb.

Rusiya Federasiyasının İstintaq Komitəsinin nəqliyyat üzrə Şimal-Qərb İstintaq İdarəsinin məlumatına görə, əyalətin Vaskovo hava limanından səmaya qalxan “Robinson” tipli helikopter Mudyuq adası yaxınlığında suya düşüb. Onun içərisində pilot və üç ovçunun olduğu bildirilib. Qəza nəticəsində bir nəfər həlak olub, iki nəfər xəsarət alıb, bir nəfər isə itkin düşüb.

Hadisənin başvermə səbəbi hələ ki, müəyyən olunmayıb. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

0
137
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar