<p>İyunun 5-i saat 08 radələrində Beyləqan rayonu Mayak qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Bəhruz Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. "Paralel.az" RealMedia.az-a istinadən xəbər verir ki, bu barədə rayon prokurluğundan məlumat verilib. Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1962-ci il təvəllüdlü Arif Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahdan iki dəfə atəş açaraq Bəhruz Tağıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Arif Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. RealMedia.az</p>
<p>Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yataqxanasında yaşayan gənc alimlər üçün tikilən evlər Akademiyanın rəhbərliyi tərəfindən mənimsənilib. Qlobal.az xəbər verir ki, bu barədə təhsil üzrə ekspert, fəlsəfə doktoru Etibar Əliyev sosial şəbəkələrdə məlumat paylaşıb. Məlumata görə gənc alimlər üçün Yasamal rayonunda inşa edilən binadan AMEA-nın prezidenti Akif Əlizadənin və gəlinin adına iki mənzil, vitse-prezident İbrahim Quliyevin adına bir mənzil və AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşının adına bir mənzil rəsmiləşdirilib. Etibar Əliyevin feysbukda paylaşdığı xəbəri təqdim edirik: "AMEA-nın prezidenti, vitse-prezidenti və İşlər İdarəsinin müdiri yataqxanada yaşayan alimlər üçün tikilən binada evləri belə mənimsəyiblər AMEA-nın prezidenti Əlizadə Akif Ağamehdi oğlunun adına (Müqavilə:72;73) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişnin 5-ci mərtəbəsində 241 saylı 4 otaqlı (178,3kv.m) və 242 saylı 2 otaqlı (63,4kv.m) mənzillər (ümumi dəyəri 181275 man); Əlizadə Akif Ağamehdi oğlunun gəlini Əlizadə Tamilla Aşum qızının adına (Müqavilə:74;75) Yasamal rayonu A.M. Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 6-cı mərtəbəsində 247 saylı 4 otaqlı (178,3kv.m) və 248 saylı 2 otaqlı(63,4kv.m) mənzillər(ümumi dəyəri 181275 man); AMEA-nın Vitse-prezidenti Quliyev İbrahim Səid oğlunun adına (Müqavilə: 76) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 7-ci mərtəbəsində 253 saylı 4 otaqlı (178,3kv.m) mənzil (dəyəri 133725 man); AMEA-nın İşlər İdarəsinin müdiri Fətəli Abdullayevin sürücüsünün həyat yoldaşı Bayramova Ülviyyə Rafiq qızının adına (Müqavilə:77) Yasamal rayonu A.M.Şərifzadə 12 ünvanında inşa olunan 16 mərtəbəli yaşayış evinin 4-cü girişinin 8-ci mərtəbəsində 259 saylı 4 otaqlı(178,3kv.m) mənzil (dəyəri 133725 man)". Adıçəkilən qurum və şəxslər mövqe bildirə bilərlər. Qlobal.az <img src="https://cdn.azerforum.com/2022/07/29/7211485.jpg" /></p>