Paşinyanın korteji yumurta atəşinə tutuldu - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları Sünik bölgəsinin (Zəngəzur-red) Şurnux kəndində onun kortejinə yumurta atıblar.

Tovuz Xəbər “İnterfaks”a istinadən xəbər verir ki, Paşinyanın kortejini Rusiya sülhməramlı qüvvələri müşayiət ediblər.

Məlumata görə, Ermənistan baş naziri Nikol Paşinyan bu gün Qafanda keçirilən müşavirədə güc strukturlarının rəhbərlərinə onun Mehri şəhərinə gəlməsinə qarşı keçirilən aksiyaların təşkilatçılarını cəzalandırmağı tapşırıb.

İstintaq Komitəsinin nümayəndəsi baş nazirə cinayət işi açmaq üçün materialların hazırlandığını bildirib.

Xatırladaq ki, çərşənbə günü Sünik vilayətinin Mehri və Qacaran şəhərlərinin sakinləri Paşinyanın səfərinə etiraz olaraq aksiya keçiriblər. Mehri sakinləri ilə baş nazirin mühafizəçiləri arasında dava olub.

2
690
2
2 şərh
22:42 21.04.2021
0
Cavab ver
22:42 21.04.2021
0
Cavab ver

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar