Qadın voleybol yığmamızın AÇ-2021-dəki potensial rəqibləri bəlli olub - İNTİQAM təqdim edir (AZpress.AZ)

Qadın voleybolçular arasında keçiriləcək AÇ-2021-in təsnifat mərhələsinin oyunları başa çatıb və bunla da çempionatın finalında oynamaq hüququ qazanmış yığmamızın potensial rəqibləri bəlli olub. Yeri gəlmişkən, təsnifat mərhələsindən finallara qatılan komandalar sırasında Ukrayna. Macarıstan, Fransa, Bosniya, İsveç, Finlandiya, Çexiya. İsveçrə, Slovakiya, İspaniya, Belarus və Yunanıstan millisi yer alıb. Azərbaycan, İtaliya, Polşa, Türkiyə, Hollandiya, Almaniya, Rusiya və Belçika AÇ-2021-nin finallarına təsnifat mərhələsinə qatılmadan birbaşa vəsiqə qazanıb. Serbiya, Bolqarıstan, Xorvatiya və Rumıniya isə ev sahibi olaraq, finallara qatılıb. Çempionatın final mərhələsi avqustun 18-dən, sentyabrəın 1-dək bu 4 ölkədə keçiriləcək.

İNTİQAM Məmmədov

0
75
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar