Qarabağda DƏHŞƏTLİ PLAN:

"Ermənistanın sərhəddə son təxribatlarının səbəbi, Qərbin təhriki ilə, Rusiyanı müharibəyə çəkib, Kremli zəiflətməkdir. Bu məqsədlə də ən ideal variant Türkiyə ilə konfliktə getməkdir".
Bu açıqlamanı Metbuat.az-a siyasi şərhçi Turab Rzayev edib. Ermənistanın müharibə aparmaq potensialından məhrum olduğunu vurğulayan siyasi analitik qeyd etdi ki, aydın məsələdir ki, Ermənistanın eyni anda müxtəlif istiqamətlərdə təxribatlar törətməyə imkanı yoxdur. Onun sözlərinə görə, Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Qərbdən bu qədər dəstək alması təsadüfi deyil."Görünür, Qərb Rusiyanı müharibəyə çəkərək zəiflətmək, siyasi manevr imkanlarını və enerjisini azaltmaq istəyir.Qeyd edim ki, bir çox istiqamətlərdə, əsasən Suriyada, Liviyada, Ukraynada, Qafqazda artıq bu proses gedir. Düşünürəm ki, növbəti hədəf Kalininqrad və Viladivostok vilayətləridir. Ümumiyyətlə, Qərbin əsas məqsədlərindən biri Moskvanı Bakı ilə düşmən etmək və Moskva- Ankara münasibətlərini korlamaqdır".Turab Rzayev vurğuladı ki, bəzən baş verənlərə münasibətdə, Kreml də ciddi aqressiya nümayiş etdirərək, mesajlar verir. Bu aqressiyanın qarşılığında Qərb isə Rusiyanı qıcıqlandırmaqdan xüsusi zövq alır.

Gülbəniz Hüseynli / Metbuat.az

0
1332
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar