Qardaşovlara məxsus quşçuluq şirkəti səhmdarlarına dividend ödəyəcək

30 iyun 2021-ci il saat 11-00 da “İsmayıllı Quşçuluq“ ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

1. Səhmdar cəmiyyətin 2020-ci il üçün maliyyə yekunları üzrə illik balansının təsdiqi və dividendlərin verilməsi barədə.

2. Səhmdarların ərizələrinə baxılması barədə.

3. Müəssisənin tam gücü ilə işləməsi üçün maliyyə mənbələrinin araşdırılması.

4. İdarə heyətinin sədrinə müəyyən səlahiyyətlərin verilməsi barədə.

Ünvan-AZ3100, İsmayıllı şəhəri, M.Müşfiq küçəsi 1.

Əlaqə telefonu- +994202851100.

*Ölkədəki pandemiya vəziyyəti ilə əlaqədar yığıncaq onlayn qaydada keçiriləcəkdir.

Xatırladaq ki, “İsmayıllı Quşçuluq” 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 257 202 manatdır. Müəssisənin səhmlərinin 50,1%-i Zaur Zahid oğlu Qardaşova, 34,17%-i Siyasət Cəlil qızı Qardaşovaya, 10,96%-i Zahid Əhməd oğlu Qardaşova, qalan 4,77%-i isə 24 fiziki şəxsə məxsusdur.

0
40
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar