Qəcərzeyid kəndinin içməli su problemi - VİDEO

Su var lakin sakinlər ondan istifadə edə bilmirlər. Səbəb su xəttlərinin sıradan çıxmasıdır.

Söhbət Qubanın Qəcərzeyid kəndindən gedir. Sakinlər bildirir ki, illər öncə öz vəsaitləri hesabına mənzillərinə su çəksələr də az sonra borular sıxadan çıxıb. Bundan sonra bir neçə dəfə boruları təmir ediblər. Lakin bir müddət sonra yenidən su xəttlərində yaranan problem səbəbindən sakinlər içməli su problemi ilə üzləşiblər.

Problem səbəbindən illərdir sakinlər içməli suyu qonşu kənddən gətirdiklərini deyirlər. Bu isə onlara heç də asan başa gəlmir.

Qəcərzeyid sakinlərinin içməli su problemi ilə bağlı Quba Rayon İcra Hakimiyyətinə məlumat verdik. Rayon rəhbərinin göstərişi ilə əraziyə gələn icra başçısının birinci müavini Tariyel İbrahimov və digər rəsmi şəxslər sakinlərin problemi ilə yerində tanış oldular. Rəsmilər sakinlərə problemin qısa müddət ərzində həlli barədə söz verdi.

Beləcə “Problem” verilişinin müdaxiləsi ilə daha bir problem həllini tapdı. Su aydınlıq hesab olunur. Odur ki, gözünüz aydın olsun əziz sakinlər

0
120
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar