Qərbdə səyahətlər kəskin artdı, neft bahalaşmağa start verdi

Xam neftin qiymətləri ABŞ və Avropa iqtisadi aktivliyin bərpası ilə yaranan tələblə bahalaşmağa başladı.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:16 radələrində Londonun qitələrarası fond birjasında Brent markalı xam neftin bir barreli 21 sent, yaxud 0.30% bahalaşma ilə 69.67 dollara yüksəlib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı xam neftin bir barreli 22 sent 0.33% bahalaşmaqla 66.49 dollar təşkil edib.

Peyvəndləmə göstəricilərinin sürətlənməsi ilə Fransa və İspaniya məhdudiyyətləri yumşaldırlar. Ötən şənbə günü isə Portuqaliya və Hollandiya isə səyahət məhdudiyyətlərini qismən aradan qaldırıb.

65 milyonluq əhaliyə sahib Britaniya 4 aydan sonra insanlar üçün bir sıra məhdudiyyətləri aradan qaldırmaqla iqtisadi aktivliyini bərpa etdi.

Bu məhdudiyyətlərin aradan qalxmasından sonra ABŞ-da səyahət etmək istəyənlərin sayını 1.8 milyona qədər artıb, bu da 2020-ci ilin martından bu tərəfə ən yüksək rəqəm deməkdir.

“United Airlines” elan verib ki, iyul ayı üçün 400 gündəlik Avropa istiqamətində uçuşlar həyata keçirəcək.

0
55
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar