Qlobal notbuk satışı 18 faiz artıb

Dünya notbuklar bazarında artım koronavirus pandemiyası fonunda davam edir. "Strategy Analytics" şirkətinin məlumatına görə, 2021-ci ilin birinci rübündə dünyada 68,2 milyon notbuk satılıb ki, bu da ötən ilin eyni rübündən 81 faiz (37,8 milyon notbuk) çoxdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, analitiklərin sözlərinə görə, notbuklara tələbat yüksək olaraq qalır, çünki əksər insanlar pandemiya səbəbindən distant işləyir, təhsil alır və yeni qurğulara ehtiyac duyur. Bununla yanaşı, dünyada müxtəlif qurğuların çatışmazlığına və qiymətlərin bahalaşmasına səbəb olan prosessor defisiti hələ ki, notbuklar bazarına təsir göstərməyib.

İstehsalçılar arasında bazarda lider birinci rübdə satış həcmi 23,9 faiz (16,3 milyon qurğu) təşkil edən "Lenovo" şirkətidir. İlk beşliyə, həmçinin "HP" (22,6 faiz, 15,4 milyon notbuk), "Dell" (14,6 faiz, 10 milyon qurğu), "Apple" (8,4 faiz, 5,7 milyon qurğu) və "Acer" (7,2 faiz, 4,9 milyon qurğu) daxildir.

Milli.Az

0
21
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar