"Qocalar" Moskva turnirində 2-ci olublar - İNTİQAM təqdim edir (AZpress.AZ)

Rusiya Federasiyasının paytaxtı Moskvada veteran cüdoçular arasında cüdo üzrə beynəlxalq turnir keçirilib. Sayca 15-ci dəfə təşkil edilən və 11 komandanın (Rusiya, Yunanıstan, İspaniya, Gürcüstan, Ermənistan, Belarus, Monqolustan, Qırğızıstan, Tacikistan, Özbəkistan) mübarizə apardığı bəlli turnirdə Azərbaycandan olan "qocalar" da iştirak ediblər. ACF-dən aldığımız məlumata görə, 18 finalda Ermənistan, 14-də Qırğızıstan komandasını 5:0 hesabla məğlub edən komandamız yarımfinalda isə Tacikistan üzərində 3:2 hesablı qələbə qazanmaqla finala çıxıb. Finalda ev sahibi ilə qarşılaşan komandamız minimal hesablı məğlubiyyətlə üzləşərək (2:3) ikinci yeri tutmaqla gümüş medala layiq görülüb.Belarus və "RROS Qvardiya" komandaları bürünc medallara sahib olublar. Sonda yarışın mükafatçılarına kuboklar, medallar və diplomlar təqdim edilib.

İNTİQAM Məmmədov

0
67
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar