"Zaqatala"dan qələbə, "Kəpəz" və "Neftçi" heç-heçəyə razılaşdı

 Bu gün I Divizionun 16-cı turuna yekun vurulub. 

Offsideplus.az xəbər verir ki, turun ilk günündə "Qarabağ-2" "Kəpəz"lə (1:1), MOİK "Keşlə-2" komandası ilə (3:3) heç-heçəyə razılaşıb. Lider "Zaqatala" isə doğma meydanda "Sumqayıt-2" üzərində qələbə qazanıb. 

Oyunun ikinci günündə "Qaradağ Lökbatan” "Sabah"ın ikinci komandası üzərində 2:1 hesablı qələbəyə sevinib. “Turan Tovuz” “Neftçi-2” qarşılaşması isə  2–2 hesabıyla başa çatıb.

5 mart (cümə)

“Qarabağ-2” 1-1 “Kəpəz”
(Sultan Mustafayev, 74 // Emil Qasımov, 54)

MOİK 3–3 “Keşlə-2”
(Xəyal Bədirov, 37; Hüseyn Hüseynli, 40; Emin Mehtiyev, 41 // Bahadur Həziyev, 25; Xəzər Mahmudov, 75, 90+3)

“Zaqatala” 2-0 “Sumqayıt-2”
(Xəlil Bəşirov, 69; Əsədulla Heydərov, 89)

6 mart (şənbə)

“Sabah-2” 1–2 “Qaradağ Lökbatan”
(Kamran Quliyev, 17 // Sabir Allahquliyev, 75; Əbdülkərim Ağamalıyev, 83)

“Turan Tovuz” 2–2 “Neftçi-2”
(Elçin Qasımov, 44; Nurlan Şabanov, 78 // Asim Əlizadə (p.) 45+1; İsmayıl Zülfüqarlı, 65)

0
375
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar