"Regional" BOKT zərərini 4 dəfə azaldıb

"Regional" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 4 min manat zərərlə başa vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə təxminən 4 dəfə azdır.

Bu il yanvarın 1-nə "Regional"ın aktivləri 445 min manat olub ki, bu da illik müqayisədə 36,9% çoxdur. Bunun 153 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-nin kredit portfeli 14% kiçilib.

Hesabat dövründə "Regional"ın öhdəlikləri 6,5 dəfə azalaraq 14 min manata düşüb, balans kapitalı isə 84,2% artaraq 431 min manata, o cümlədən nizamnamə kapitalı 66,7% artaraq 500 min manata çatıb.

Xatırladaq ki, "Regional" 2014-cü ildə yaradılıb.

0
27
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar