Ronaldo “Sportinq”ə keçir? - Futbolçu bahalı maşınlarını Turindən çıxarır

Sosial şəbəkələrdə “Yuventus”un hücumçusu Kriştiano Ronaldoya məxsus bahalı avtomobillərin onun Turindəki evindən çıxarılmasını əks etdirən videogörüntülər yayılıb.

Modern.az “Per Sempre Calcio” resursuna istinadla xəbər verir ki, avtomobillərin daşınmasını Lissabondan olan bir şirkət həyata keçirib.

Bir müddət öncə 36 yaşlı futbolçunun karyerasını “Sportinq”də davam etdirməsilə bağlı şaiyələr yayılıb.

Xatırladaq ki, bu günlərdə Kriştiano Ronaldonun anası Dolores Aveyru oğlunu “Sportinq”ə keçməyə razı salmağa çalışdığını açıqlayıb.

“Mən onunla danışacağam və növbəti il “Sportinq”ə qayıtması üçün razı salmağa çalışacağam, bunun üçün hər şeyi etməyə hazıram”, - deyə D.Aveyru bildirib.

Qeyd edək ki, Ronaldo "Sportinq"ə 1997-ci ildə 12 yaşında qoşulub. O, 2002-ci ildə 17 yaşı olarkən əsas komandada debüt edib.

0
175
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar