"Rusiya demarkasiya məsələsində İrəvan və Bakıya kömək etməyə hazırdır"

“Rusiya sərhəd demarkasiyası prosesində Ermənistan və Azərbaycana kömək etməyə hazırdır".

"MediaPost" xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Syerra-Leonenin Xarici İşlər naziri Devid Fransis ilə görüşdən sonra keçirilən mətbuat konfransındakı çıxışında bildirib.

“Bircə dəfə də olsun atəş açılmayıb, orada atışma baş vermədi. Oturduq, sakitcə bu vəziyyəti necə həll edəcəyimiz barədə razılığa gəldik. Bizdən kömək istədilər, hərbçilərimiz bu köməyi göstərdilər, razılaşma əldə edildi. Adi olmayan, bununla belə sakitcə tənzimlənə bilən bir məsələdə emosiyalarla oynamaq üçün bir səbəb görmürəm”, - deyə nazir qeyd edib.

O, Rusiyanın demarkasiya prosesində tərəflərə lazım olan dəstəyi göstərməyə hazır olduğunu da qeyd edib: “Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə gəlincə, Azərbaycan tərəfi hadisədən sonra anlaşılmazlığın olduğu və ən əsası delimitasiya və demarkasiya ediləcək sərhədin olmaması ilə bağlı açıqlamalar verib. Heç kim, heç vaxt bununla məşğul olmayıb. Tərəflərə təklif etdik ki, bu işlərə başlasınlar, həm kartoqrafik material, həm də konsultasiya xidmətləri göstərərək onlara kömək etməyə hazırıq”.

Xəbərlər departamenti

0
47
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar