Rusiya Türkiyəyə hansı köməyi etməyə hazırdır?

Rusiya Federasiyası baş nazirinin müavini Tatyana Qolikova, Rusiyanın Türkiyəyə ilk növbədə Sputnik V peyvəndi istehsalında, COVID-19 ilə mübarizədə kömək göstərməyə hazır olduğunu söyləyib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə baş nazir müavininin katibliyi məlumat yayıb.

Məlumata görə, o, koronavirus infeksiyasına qarşı mübarizədə birgə səylərin artırılması üçün çağırış edib.
Məlumatda həmçinin Qolikovanın, "Rusiya Türkiyəyə bütün lazımi köməyi göstərməyə hazırdır", sözləri də qeyd olunur.

Xatırladaq ki, sözügedən katibliyin qeyd etdiyi kimi, məsələ Türkiyədə Sputnik V peyvəndinin sənaye istehsalının qurulması ilə əlaqədardır.

Qolikovanın fikrincə, əhalinin kütləvi immunlaşdırılması prosesi koronavirus üzərində qələbəyə səbəb olacaq.

0
87
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar