Rusiya Xarici İşlər Nazirliyi NATO-ya öz problemləri ilə məşğul olmağı tövsiyə edib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova, NATO baş katibi Jens Stoltenberqin Moskvanın "təcavüzkar" adlandırmasına münasibət bildirib. O, ittifaqa öz problemlərini həll etməyi tövsiyə edib.

Bizimyol.info xəbər verir ki, XİN sözçüsü mətbuata verdiyi aşıqlamada: "Təkilatın üzv dövlətlərinin problemlərlə məşğul olun. Bunlar təcili müdaxilə tələb edən vacib məsələlərdir: peyvəndlər, iqtisadi böhran, NATO ölkələrində insan hüquqları. Siz bu problemləri həll edən kimi biz sizin təcrübənizi öyrənməyə başlayacağıq. Əlbəttə təcrübəniz uğurlu olarsa", -deyib.

Qeyd edək ki, Stoltenberg NATO-nun Xarici İşlər Nazirləri Şurasının iki günlük iclasından sonra keçirdiyi mətbuat konfransında, Moskvanı qoşunlarını qonşu ölkələrin sərhədlərinə gətirməklə vəziyyəti gərginləşdirməkdə və siyasi müxalifətə qarşı təzyiqləri davam etdirməkdə ittiham edib.

0
311
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar