Rusiyada COVID-19 qurbanlarının sayı 116 mini ötüb

Rusiyada son 24 saatda daha 9.328 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. 

“MediaPost" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda virusa yoluxanların sayının 4,949,573-ə, COVID-19 nəticəsində ölənlərin sayının isə 340 nəfər artaraq 116,211-ə çatdığı bildirilib.

Qeyd edilib ki, virusa yoluxanlardan 4,563,254 nəfər sağalıb, 2.300 nəfərin vəziyyəti ağırdır.

Anara Mikail

0
83
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar