Rusiyada helikopter Ağ dənizə düşdü

Rusiyanın Arxangelsk vilayətində “Robinson” helikopterinin qəzaya uğraması nəticəsində bir nəfər həyatını itirib, iki nəfər xəsarət alıb, bir nəfər itkin düşüb.

Bu barədə “Qafqazinfo” TASS-a istinadən xəbər verir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, helikopter Ağ dənizə düşüb.

“Təəssüf ki, bir nəfər həlak olub, iki nəfər sağdır, amma ağır vəziyyətdədirlər. Bir nəfərin taleyi məlum deyil”, - qurumda deyiblər.

0
115
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar