Rusiyadakı səfirliyimizin qarşısında qəfil ölüm

Mayın 17-də səhər saat 08:50-də Azərbaycanın Rusiyadakı Səfirliyinin inzibati binasının önündə bədbəxt hadisə baş verib.

Səfirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, səfirliyin konsulluq xidmətinin girişinin qarşısında Rusiya vətəndaşı Muradov Rüfət Əli oğlunun vəziyyəti qəflətən pisləşib və o dünyasını dəyişib.

“Bununla əlaqədar olaraq, dərhal təcili tibbi yardım çağırılmış və polisə məlumat verilib. Hadisə yerinə gəlmiş Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları vəfat etmiş şəxsin Rusiya vətəndaşı olmasını və ekspert-kriminalist tərəfindən rəyin bildirilməsinin vacibliyini əsas gətirərək Rusiyanın səlahiyyətli nümayəndələrinin gəlişinə qədər cəsədin yerdən götürülməsinə icazə verməyiblər.

Müəyyən müddətdən sonra hadisə yerinə gələn kriminalistin öz rəyini bildirməsi cəsədin təcili tibbi yardım briqadası tərəfindən morqa aparılmasını mümkün etmişdir. 

Ölüm səbəbinin öyrənilməsi məqsədilə Səfirlik Rusiyanın aidiyyəti qurumlarına müraciət edib”, - deyə məlumatda bildirilir.

Səfirlik Rüfət Muradovun ailəsi və yaxınlarına başsağlığı verib.

0
68
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar