Samuxda Təhsil Şöbəsinin müdiri kim olacaq? - İDDİA

Təhsil naziri Emin Əmrullayevin qərarı ilə Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov vəzifəsindən uzaqlaşdırılıb.

Nazirin qərarından bir sutka keçməsinə baxmayaraq, artıq Samux rayonunda Təhsil Şöbəsinin müdiri vəzifəsi uğrunda mübarizə başlayıb.

AzFakt.com-a verilən məlumatda rayonun Təhsil Şöbəsinin müdiri Gəncə şəhəri M.Hadi adına 10 saylı tam orta məktəbin direktoru Arzu Əliyevanın olacağı gözlənilir.

Digər məlumatda isə Samux Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə Samux şəhər S.Əliyev adına 2 saylı tam orta məktəbin direktoru Əminə Cəfərovanın təyin ediləcəyi deyilir.

Qeyd edək ki, Əminə Cəfərova Samux Şəhər Bələdiyyəsinin sədri Xətahim Cəfərovun qızıdır.

Hər iki şəxsin pedoqoji sahədə böyük təcrübəyə malik olduğu deyilir.

0
647
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar