Seçki kompası şimal-qərbi göstərir (VİDEO)

Seçki yaxınlaşdıqca, Ermənistanda daxili siyasi vəziyyət gərginləşir. Namizədlər bir-birini ifşa edir, hətta şəxsiyyəti alçaldan küçə jarqonlarından istifadə etməkdən belə çəkinmirlər. Əsas mübarizə isə iki namizəd - hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və eks-prezident Robert Koçaryan arasında gedir.

“Gallup” Beynəlxalq Assosiasiyasının keçirdiyi yeni sorğunun nəticələrinə əsasən Robert Koçaryan seçki marafonunda cüzi fərqlə öndədir. Bundan əvvəlki sorğuda isə 2 faiz fərqlə Nikol Paşinyan öndə idi.

Hazırda Ermənistanda seçkiqabağı təbliğat-təşviqat kompaniyası ilə bağlı mərkəzdənqaçma meylləri hiss olunur.

Politoloqlar düşünür ki, Nikol Paşinyanın reytinqinə mənfi təsir edən əsas məqam, hazırki gərgin durumda onun Qərbə səfər etməsi, Paris və Brüsseldə bir sıra görüşlər keçirməsi oldu. Bu həm Rusiyanı qıcıqlandıran amil idi, həm də Paşinyanın geosiyasi oriyentirlərini daha çox Qərblə müəyyənləşdirməsi, Qərbin təsir obyektində olması fikirlərinin təsdiqi idi.

İnformasiya müstəvisində - Rusiyameyilli sosial mediada, teleqram kanallarında, ənənəvi kütləvi informasiya vasitələrində Koçaryanın dəstəklənməsi, onun təbliğatının aparılması da sosialoji sorğuların nəticələrinə təsir edir. Paşinyan isə əksinə informasiya müstəvisində öz rəqibinə uduzur. Rusiya kütləvi informasiya vasitələri Nikol Paşinyanın səhvləri üzərindən öz piarlarını qururlar. Bu da təbii ki, qarşı tərəfin reytinqinin yüksəlməsinə səbəb olur.

Politoloq qeyd edir ki, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, həm 10 noyabr bəyanatının, həm də cari ilin 11 yanvarında imzalanmış üçtərəfli bəyanatın implimintasiyası məcburi xarakter daşıyır.

Qeyd edək ki, seçkilərdə 23 partiya, 4 siyasi blok iştirak edir. Əsas mübarizənin Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası, eks-prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku, eks-prezident Serj Sarkisyanın dəstək verdiyi, Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” bloku, biznesmen Qaqik Saruskyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası, habelə Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” partiyası və eks-prezident Levon Ter-Petrosyanın lideri oldu “Erməni Milli Konqresi” partiyası arasında gedəcəyi barədə proqnozlar artıq özünü doğrultmağa başlayıb.

Onu da qeyd edək ki, son günlər Paşinyan və Koçaryan tərəfdarları arasında toqquşmaların baş verməsi, belə deməyə əsas verir ki, söz savaşı küçələrə, meydanlara keçə bilər. Bu baxımdan Ermənistanda seçkilərin vətəndaş müharibəsi ilə də nəticələnə biləcəyi də istisna edilmir.

0
131
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar