Şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir

2020-ci il sentyabrın 27-də başlanan və 44 günlük davam edən Vətən müharibəsi 30 ilə yaxın erməni işğalına son qoydu.

Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında müqəddəs torpaqlarımız mənfur düşməndən təmizləndi. 10 noyabr 2020-ci il Ermənistanın Baş naziri Kaputulyasiya aktına imza atmağa məcbur oldu. Bu haqq savaşında şəhidlərimiz, yaralılarımız oldu. İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına Prezident İlham Əliyevin tapşırığına əsasən aidiyyəti qurumlar tərəfindən qayğı və diqqət nəinki dövlət qurumlarının, həm də cəmiyyətin böyük bir hissəsinin diqqət və qayğısını çəkən təxirəsalınmaz mühüm bir vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır, onların dövlətimizə və qalib Prezidentimizə inam hisslərini, məhəbbətini gündən-günə artırır. Dövlət başçımız tərəfindən imzalanan Sərəncamlar, qəbul edilən Qərarlar bu vacib məsələyə son dərəcə ciddi münasibət göstərildiyini bir daha təsdiq edir. Xalqımızın, o cümlədən şəhid ailələrinin, müharibə əlillərinin sosial rifahının daha da yaxşılaşdırılması, onların ehtiyaclarının hər tərəfli və dolğun şəkildə ödənilməsi göstərilən qayğının daha da gücləndirilməsi dövlətimizin qarşısında duran piroritet vəzifədir.

Ramanada ölkə başçımızın iştirakı ilə 1512 mənzildən ibarət kompleksin açılması şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğının bariz nümunəsidir.

Kompleks bütün zəruri sosial infrasturuktirla təchiz edilib. 2021-2025-ci illərdə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 2000 dən çox şəhid ailəsi və müaharibə əlili mənzillərlə təmin olunacaqdır. Hal hazıra kimi 9200 yaxın şəhid ailəsi və müharibə əlilinə yeni mənzillər təqdim olunmuşdur. Möhtəşəm qələbəmizin qazanılmasında payı olan qazilərimiz 300 dən çox protezlə təmin olunacaqlar. Prezident İlham Əliyev çıxışında Vətən müharibəsi, eləcə də İkinci Qarabağ müharibəsi şəhidlərinin qanının yerdə qalmadığını, düşməndən intiqam alındığını, ərazi bütövlüyümüzün bərpa olunduğunu vurğulayaraq, şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağımızı diqqətə çatdırıb.

Dövlətimizin siyasətinin mərkəzində insan amilinin dayandığını dəfələrlə vurğulayan Möhtərəm Prezidentimiz Azərbaycan vətəndaşının yüksək rifahının təmin olunmasını ən vacib hədəflərdən biri kimi qeyd etmişdir. 2003-cü ildə Ölkə Prezidenti seçilərkən cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan xalqı xoşbəxt yaşmağa layiqdir və çalışacağam ki, xalqımız yaxşı yaşasın. Keçən 17 il ərzində digər vədləri kimi bu vədinə də ən yüksək səviyyədə əməl edir. Xalqımız tam əmindir ki, müstəqil ölkəmiz digər prioritetlər kimi şəhid ailələrinin, müharibə əlillərinin ehtiyaclarının təmin olunması istiqamətində bundan sonra da uğurlu addımlar atacaqdır. Çünki müstəqil Azərbaycan dövlətinin başında İlham Əliyev kimi şöhrətli siyasətçi, ölkəmizin milli maraqlarını hər şeydən uca tutan böyük dövlət xadimi, mahir diplomat, Müzəffər Ali Baş Komandan və qüdrətli Sərkərdə dayanır.

"Qələbə” qəzetinin müxbiri Əzizağa Məmmədli

 

0
710
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar