SOCAR Belarusa xam neft göndərməyəcək

May ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Belarusun “Belneftexim” konserninə neft göndərməyəcək.

Bu barədə paralel.az-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, səbəb isə bu ay üçün Belarus tərəfindən xam neftin göndərilməsi ilə bağlı müraciətin olmamasıdır.

İbrahim Əhmədov əlavə edib ki, aprel ayında da Belarusa xam neft göndərilməyib:

“Bizim Belarusla neft təchizatı ilə bağlı əməkdaşlığımız davam edir. Bununla yanaşı, biz beynəlxalq sanksiyaları pozmuruq”.

0
77
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar