SOCAR məşhur iş adamına məxsus futbol klubunu məhkəməyə verdi

Dövlət Neft Şirkətinin (SOCAR) Sosial İnkişaf İdarəsi və bu idarənin rəisi İbrahimov Qasım Məlikəjdər oğlu “Rəvan Peşəkar Futbol Klubu” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.

İndex.az xəbər verir ki, məhkəmənin hazırlıq iclası bu gün - 17.05.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakimi Ülkər Həsənovanın sədrliyi ilə keçirilib. Növbəti iclas 16.06.2021-ci il saat 10:30 tarixinə təyin olunub.

Məhkəmə iddiasının icarə müqaviləsi üzrə mübahisələrə görə qaldırıldığı bildirilir. Onu da bildirək ki, hazırda “Rəvan Peşəkar Futbol Klubu” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə - 28 min 448 manat 14 qəpik vergi borcu var.

Qeyd edək ki, hüquqi ünvanı Nəsimi rayonu, Xətai pr., ev 36-da yerləşən “Rəvan Peşəkar Futbol Klubu” MMC 17.10.2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Axundov İlqar Qədir oğludur.

“Rəvan Peşəkar Futbol Klubu” MMC-nin sahibi isə Azərbaycanın tanınmış iş adamlarında biri olan Nuru Əliyevdir.
Məlumat üçün qeyd edək ki, ötən ay Nuru Əliyevə məxsus olan “Rəvan Sığorta “ASC (VÖEN-1000121291) ləğv olunduğunu elan edib. Bundan başqa ötən il Nuru Əliyevə məxsus olan “NBCBank” ASC-nin də fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, böyük biznes “imperiyasına” sahib olan Nuru Əliyev həm də başqa bir tanınmış iş adamı, sabiq Nəqliyyat naziri Ziya Məmmədovla yaxınlığı heç kimə sirr olmayan “Hafka” ləqəbli Hafiz Məmmədovla quda olub.

“Bello” Yuyucu Vasitələr Fabriki, Salyan süd zavodu, “Nurgün Trading”, “Kaspian Transport”, “Kontinental” mağazalar şəbəkəsi, “Ailə” supermarketlər şəbəkəsi, “Nicos” kosmetika məhsulları, “Active” qabyuyan mayeləri, “BIOSENSE” şampunları, “Rocchetta”, “Vittel” və “Erikli” suları, “Havoline” və “Ardeca” yağları kimi biznesə sahib olan Nuru Əliyev eyni zamanda “Nissan”, “Ford”, “Renault”, “İnfiniti” markalı avtomobillərin satışı ilə məşğul olan “Nurgun Motors” şirkətinin də sahibidir.






©Yeniavaz
0
94
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar