Subhan Şiriyev: Naxçıvan tərəqqi yolunda

Möhtərəm Prezidentimiz İlham Əliyevin 10 may 2021-ci il tarixində Naxçıvan MR-na səfəri çox böyük əhəmiyyətə malikdir.Vətən müharibəsindən qalib çıxan və Naxçıvanda düşmənlərə tutarlı mesajların verilməsi yaxın zamanlarda vətənimizin inkişafına təkan verəcək,layihələrin tezləşməsinə bir işarə idi.

Naxçıvan MR-ın coğrafi mövqeyi elə bir mövqeyə malikdir ki,orada daim inkişafdan danışmaq olar .MR-ın ərazisinin infrastruktur quruluşu müstəqillik illərində demək olar ki ,tam olaraq yenidən qurulub.

MR-ın kənd təsərrüfatı Süni Mayalanma mərkəzinin yaradılması,yeni daha məhsuldar heyvan cinslərinin yetişdirilməsinə və ət –süd məhsullarının artmasına səbəb olacaq.

Bu da öz növbəsində Naxçıvanın öz kənd təsərrüfatının öz məhsulları ilə təminatıdır.

Turizm imkanlarının dünyaya çatdırmaq istər yerli istərsə də xarici vətəndaşların ora cəlb edilməsi dövrün yeni maliyyə imkanlarının çoxalması deməkdir.Azərbaycan ordusunun vətən müharibəsində düşməndən işğal edilmiş torpaqların azad edilməsi hər bir vətəndaşın sevinci oldu .Bu sevincə Naxçıvanın da qəhrəman övladları qanı bahasına, canı bahasına sevinc qatdı.Şəhid olmuş bütün qəhrəman övladların ruhu şad olsun!Zəngəzur dəhlizinin açılması yaxın zamanlarda tam reallaşmasına əminik.Naxçıvanla quru yolun qurulması həm MR-ın əhatədən çıxaraq birbaşa Azərbaycanla əlaqəsi nəinki Naxçıvan bütün regionun inkişafına səbəb olacaq həm də regionda böyük layihələrin həyata keçirilməsinə bir dayaqdır. Möhtərəm Prezidentimizin apardığı siyasət nəticəsində xalqımızın daha da yaxşı yaşayacağına tam olaraq inanırıq. Dövlətimizin hərbi gücünün artırılması və inkişaf etdirilməsi xüsusən də Prezidentimizin təbiriycə desək Dəmir Yumruğu daim möhkəm saxlamalıyıq.Bu yolda xalqımıza və möhtərəm prezidentimizə uğurlar arzulayırıq.

Subhan Şiriyev
Ərkivan Qəsəbəsi

0
154
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar