Sultan Süleymanın portreti Türkiyəyə hədiyyə edildi - FOTO

Sultan Süleyman Qanuninin portreti İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) hədiyyə edilib.

KONKRET.az-ın xəbərinə görə, bu barədə İBB-nin sədri Əkrəm İmamoğlu öz rəsmi feysbuk səhifəsində məlumat verib.

 

Ə.İmamoğlu belə yazıb:

“Evinə qayıdır!

Mart ayında İngiltərədəki hərracda rekord qiymətə (təxminən 1 milyon 23 min manat – red.) satılan Sultan Süleyman Qanuninin portreti alıcı tərəfindən İBB-yə hədiyyə edilib. Belə bir qiymətli əsərin İstanbula hədiyyə edilməsi və İBB-yə olan güvən qürurvericidir.

İstanbula xeyirli olsun”.

Qeyd edək ki, portretin müəllifi italiyalı rəssam Kristofano Dell’Altissimodur. Kristofano Dell’Altissimo həmçinin Səfəvilər imperiyasının banisi Şah İsmayıl Xətainin portretini də çəkib.

Əli Davudoğlu,

KONKRET.az

0
481
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar