Sumqayıt qəhrəmanları tanımalıdır: Şərəfli ölümümlə fəxr edərsən deyən Tacəddin İsmayılzadə

Torpaq, uğrunda ölən varsa, Vətəndir. Bəli,Vətən, torpaq o vaxt müqəddəsləşir, qeyrət namus rəmzinə çevrilir ki, onuyadellilərdən, yağı düşməndən qorumaq üçün canından keçən igid oğulları olsun.

Belə oğullar isə Azərbaycandatarixən yüzlərlə, minlərlə olub və olacaqdır. Əsgər Tacəddin İsmayılzadə də belə igidlərdən olub.

Tacəddinİsmayılzadə 1996-cı il martın 17-də Sumqayıt şəhərində anadan olub. 2003-cüildə Təbiət Elmləri Təmayüllü Gimnazıyanın birinci sinfinə gedib. Burada 6 iloxuduqdan sonra təhsilini 1 nömrəli məktəbdə davam etdirib. Orta təhsilini bitirdikdən sonra ali təhsilinidavam etdirmək istəyi onun yolunu Sumqayıt Dövlət Universitetindən salıb. Belə ki, Tacəddin 2013-cü ildə SDU-nun Biologiyafakültəsinə qəbul olub. Ödənişli əsaslarla oxumağı ailəsinə 2016-cı ildə çətinlikləryaradıb. Nəticədə Tacəddin təhsilini donduraraq hərbi xidmətə yollanıb.

Əsgərliyimüddətində Milli Qəhrəman, məhrum general-mayor Polad Həşimovun şücaətləriniyaxından görüb və onun kimi qəhrəmanlıqlar göstərməyi qarşısına məqsəd qoyub. T.İsmayılzadə nümunəvi xidmətinə görə komandir heyətinin rəğbətini qazanıb və mükafatlandırılıb.

Şəhidinanası Aygün xanım bizimlə söhbətinə belə davam edir: "Hərbi xidmətini başavurduqdan sonra yarımçıq qalan təhsilini davam etdirmək üçün qardaşı Elməddinilə Türkiyədə işləməyə gedib. Təhsil haqqını işləyib özü ödəmək istəyirdi.General Polad Həşimovun şəhid olduğu ərəfələrdə Tacəddin istirahət üçün evəqayıtmışdı və bu xəbər onun üçün çox sarsıdıcı oldu.

Eləhəmin vaxtlarda Tacəddin də könüllü olaraq gedib hərbi komissarlıqda öz adınıyazdırıb, cəbhəyə getmək üçün qeydiyyatdan keçmişdi. Sentyabr ayının 27 dəmüharibə başladı, hamımız çox gərgin idik. Çox yalvardım ki, getmə. Dön geri Türkiyədə öz işini davam etdir. Amma çox məğrur və sakit duruşu ilə hamımızasəbr verdi və dedi ki, "Siz necə qəbul edirsiniz, mən vətənin çətin günündəgedim Türkiyədə gizlənim? Sən bunu mənə necə yaraşdırırsan ana ? Mən də gedəcəm,amma Türkiyəyə yox, cəbhəyə. Çox məyusoldum, dedim birdən şəhid olarsan, mən nə edərəm axı, balam. Güldü və dedi ki,şəhid olsam şərəfli ölümümlə fəxr edərsən. Sentyabrın 29-u gecə saat 4-dəbirbaşa ön cəbhəyə yola düşdü. Ağdam, Xocavənd, Füzuli istiqamətində gedəndöyüşlərdə iştrak etdi. Oktyabrın 9-da Fizuli istiqamətində gedən ağırdöyüşlərdə vurulub, başında 5 qəlpə, 1 güllə var idi. Elə yaralandığı gündənoktyabrın 14-ə qədər Füzuli xəstəxanasında müalicə alıb. Lakin vəziyyəti çoxağır olduğundan oktyabrın 14-də Bakıya Semaşko xəstəxanasına gətirilib.Dünyanın 4 bir yanına səs saldım, balamın dərdinə dərman axtardım. Lakin tapabilmədim. Beyni yox idi, dağılıb dedilər. Çox yalvardım mənim beynimi köçürüdünTacəddinə. Öd, kor bağırsağ, mədə zədə aldığından çıxarılmışdı. Ağ ciyəri dəyaralı idi. Sağalacağına ümid yox idi, amma bir gün də olsa inamımı itirmədim.12 fevrala qədər yalnız balamın ürəyi işləyirdi. 12 fevral 3 radələrindəbalamın ürəyi də fəaliyyətini dayandırdı, həmin an mənim də dünyam dayandısanki”

Azərbaycanərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinəyetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüşqabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidentiİlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Tacəddin İsmayılzadə"Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Tacəddinİsmayılzadə 2021-ci il fevralın 12-də müalicə aldığı tibb müəssisəsində komavəziyyətinin 128-ci günündə şəhid olub.

Tacəddinİsmayılzadə fevralın 13-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

0
358
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar