Sumqayıtda bu tibb müəssisəsində qazilər və şəhid ailələrinə psixoloji xidmət göstərən mərkəz yaradılıb - RƏSMİ

Azərbaycandaqazilər və şəhid ailələrinə xidmət göstərən Psixoloji mərkəzlər fəaliyyət göstərir.

Bəs Sumqayıtda bu mərkəz haradadır?

İcbariTibbi Sığorta üzrə Dövlət Agentliyindən Xeberle.com-un sorğusuna cavab olaraqbildirilib ki, Sumqayıt şəhərinin 3nömrəli şəhər poliklinikasında qazilərə və şəhid ailələrinə ilkin psixolojiyardım göstərilir. Bunun üçün ilk növbədə 3 nömrəli poliklinikada ailə həkiminə(sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) müraciət olunmalıdır.Poliklinikaya hərbi qulluqçuların və şəhid ailələrinin statusunu təsdiqləyənsənədlər təqdim edilməlidir: "Ailə həkimini seçmək üçün vətəndaş yaşadığı əraziüzrə ən yaxın olan ilkin səhiyyə xidmətini göstərən dövlət tibb müəssisəsinə(poliklinika/Ailə Sağlamlıq Mərkəzi/kənd həkim məntəqəsi) müraciət etməlidir.Vətəndaş ərizə formasını doldurmalı və qeydiyyatçıya ərizə ilə yanaşı,şəxsiyyət vəsiqəsini, eləcə də yaşadığı ünvan üzrə qeydiyyata dair sənəditəqdim etməlidir. Ailə həkimini seçərək sığortaolunan tibb müəssisəsindəqeydiyyata alınır. Məlumat üçün bildirək ki, ailə həkimini seçmək və ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsində qeydiyyata alınma prosesi"Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə dövlət tibb müəssisəsinətəhkimolunma Qaydası” əsasında həyata keçirilir. Qeyd etməliyik ki, vətəndaşaev şəraitində də təhkim olunduğu ailə həkimi tərəfindən tibbi xidmətlərgöstərilir. Belə ki, ehtiyac olduqda psixoloqlar fiziki qüsurlu qazilərə vəşəhid ailələrinə evlərində tibbi xidmətlər göstərirlər. Davamlı müalicəyəehtiyac olduqda, psixoloqların göndərişi əsasında həkim-psixiatrlar tərəfindənqeyd edilmiş şəxslər müayinələrə cəlb edilirlər. Qeyd edək ki, onlar təyinolunmuş resept əsasında ödənişsiz olaraq psixotrop preparatları ilə təminolunurlar.

Sözügedənşəxslər məlumat əldə etmək üçün Sumqayıt şəhər Səhiyyə şöbəsinin "qaynar xətt”nömrəsi (65-5-76 -41) ilə əlaqə saxlaya bilərlər.

0
264
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar