Sumqayıtda iki avtomobildən oğurluq edən şəxs yaxalanıb

Sumqayıt şəhərində iki avtomobildən oğurluq edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xeberle.com-a verilən məlumata görə, aprelin 27-də şəhər ərazisində "Mercedes” və "Volkswagen” markalı 2 avtomobildən maqnitofon oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş E.Əliyev Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

0
356
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar