Sumqayıtda maraqlı hadisə: əkilən ağacları kim zibil qutusuna atır? - VİDEO

Sumqayıt şəhərində bir qrup sakin, həyətlərində əkdikləri ağacların tez tez kökündən çıxarılaraq zibil qutusuna atılmasından şikayətlənir. Elə ağaclarıda çıxaran şəxsin həmin binada yaşan bir qadın olduğu iddia edilır. Əməkdaşlarımız məsələnin təfərrüatlarını araşdırıblar

Əkilən ağaclar kökündən çıxarılaraq zibil qutusuna atılır. Hadisə Sumqayıtda baş verib.

2-ci mikrorayonun bu sakinləri , öz yaşadıqları ərazidə saldıqları yaşıllığın birgə yaşadıqları bina sakini Qızyetər Süleymanova tərəfindən qəsdən məhv edildiyini iddia edirlər.

Sakinlər bildirir ki, İri həcimli ağacları qurutmaq üçün dibinə kimyəvi maddə tökülür. Yeni əkilən ağaclar isə kökündən çıxarılır..Hətta bu anı ,yuxarı mərtəbədə qalan bir nəfərdə öz telefonun yaddaşına köçürüb.

Qonşuları iddia edir ki, Qızyetər Süleymanova öz şəxsi avtomobilini binanın qarşısında saxlaması üçün yaşıllığı qəsdən məhv edir. Hətta ona irad bildirən qonşularıda təhqir etməkdən çəkinmir.

Məsələ ilə bağlı həmin bina sakini Qızyetər Süleymanova ilə evdə olmadığı üçün telefon əlaqəsi yaratdıq..

Qeyd edək ki, 30 nəfər bina sakini aidiyyatı qrumlara rəsmi müraciət ünvanlayıb.

0
286
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar