Sumqayıtda restoranda toy keçirilməsinin qarşısı alınıb

Sumqayıt şəhərində 53-cü məhəllədə yerləşən “Aylı gecə” restoranında xüsusi karantin rejiminin pozularaq çoxsaylı qonaqların iştirakı ilə toy keçirməsi barədə polisə məlumat daxil olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin və 1 saylı polis bölməsinin birgə həyata keçirdiyi tədbirlər zamanı qeyd edilən ünvanda kiçik toy məclisinin keçirildiyi aşkar olunub. Həmin restoranın icarədarı olan Bakı şəhəri Nəsimi rayonu İ. Məmmədov küçəsi, ev 3 mənzil 6 ünvanında qeydiyyatda olan 1963-cü il təvəllüdlü Cabbarov Qurban Məhəmməd oğlu və 19 nəfər toy iştirakçı barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların hər biri cərimələniblər.

0
1557
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar