Tarixi oxuyanlar Şuşanı azad edən Ali Baş Komandana alqış deyəcək

“Əziz Şuşa, sən azadsan! Azərbaycan mədəniyyətinin beşiyi, Qafqazın konservatoriyası sayılan Şuşa şəhərinə ünvanlanan bu müraciəti Azərbaycan Respublikası Prezidentindən eşidən milyonlarla insandan biri kimi məni də təsirləndirdi. Çünki dörd kəlmədən ibarət olan bu müraciət adi söz deyildi. Bu söz dünyanın diqqətini Azərbaycana çəkmişdi. Düşmənlərimizi hiddətləndirmiş, dostlarımızı sevindirmişdi”. Bu fikirləri SİA-ya açıqlamasında Masallı rayonu Köçəkli kənd məktəbinin müəllimi Hikmət Xəlilov deyib.

Onun sözlərinə görə, Şuşanın azad olunması milyonlarla insanı sevinc göz yaşlarına qərq etmişdi: “Bu sözü, bu kəlməni eşitmək üçün 29 il gözləmişdik. Minlərlə şəhid vermişdik. İstər Ulu Öndər Heydər Əliyev tərəfindən, istərsə də mübariz prezidentimiz İlham Əliyev tərəfindən saysız-hesabsız çəkişməli, mübarizəli görüşlər keçirilmiş, dünyanın ən mötəbər tribunalarından Azərbaycanın haqq səsini beynəlxalq aləmə çatdıraraq kəskin müraciətlər ediblər. Bu azadlıq kəlməsinin həsrəti ilə minlərlə insan dünyasını Şuşasız tərk etdi. Bu gün onların övladları bu həsrətə son qoymaq üçün Şuşanın pak və müqəddəs bulaqlarından təbərrük olaraq su götürür, dünyasını dəyişmiş əzizlərinin məzarlarına səpirlər. Və bu mənzərəni görəndə “Əziz Şuşu, sən azadsan!” kəlməsinin əzəmətinin və möhtəşəmliyinin fərqinə varırsan. Bu kəlməni deyən və dünyaya elan edən nə qədər cəsarətli, nə qədər məğrur və əzəmətli, nə qədər mübariz və qəhrəmandır”.

H.Xəlilov vurğulayıb ki, “Əziz Şuşu, sən azadsan!” kəlməsinin hörməti ilə azərbaycanlılar üçün müqəddəs olan Şuşaya Zəfər Yolu çəkildi, Şuşanın bütün küçələri işıqlandırılaraq nura qərq edildi, bu torpaqlara dirçəliş və əmin-amanlıq gətirildi: “Bu torpaqlarda bitən hər ağac, açan hər çiçək, səmada süzən quşlar və Xarıbülbül də sanki “Əziz Şuşu, sən azadsan!” oxuyur. Artıq dirçəliş yoluna qədəm qoyan Şuşa ilk qonaqlarını qəbul edir. Xarıbülbül festivalını izlədikcə qürurlanır və fəxr edirdim. Bəli, budur məni təsirləndirən kəlmə. Bu kəlməni eşitdiyim günü həyatımın ən mübarək günlərindən hesab edirəm. Milyonlarla soydaşlarımız kimi bir an içində Şuşaya getmək gəlir içimdən. O müqəddəs torpağı və müqəddəs ocaqlarımızı ziyarət etmək istəyirəm. Hamı kimi məndə də böyük sevgi var Şuşaya. Bu sevgi ilə Şuşanı azad edən Ali Baş Komandana dərin hörmət və ehtiramımı bildirir, ona alqış olsun deyirəm. Əsrlər, qərinələr keçəcək gələcək nəsillərimiz də bu gün yazılmış tarıxi oxuyaraq Şuşanı azad edən Ali Baş Komandana alqış deyəcək”.

0
67
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar