Apple şirkəti öz mobil əməliyyat sistemini Google tərəfindən təqdim edilən funksiyalardan azad etmək üçün ciddi addımlar atmağa başlayıb. Google xidmətlərinin iOS mobil ekosistemində əvəzlənməsi hər 3 istiqamətdə aparılır: Kartoqrafiya və geolokasiya servisləri, axtarış xidmətləri və reklam siyasəti. Google şirkəti 2000-ci illərdə Android platformasını əldə edəndən sonra o, Apple şirkətinin rəqibinə çevrildi. Həmin illərdə Apple şirkətinin CEO-su olmuş Steve Jobs Android-i oğurlanmış məhsul adlandırırdı. Belə ki, sözügedən əməliyyat sistemi iOS-i imitasiya edirdi. Nəticədə Apple 2009-cu ildə Google CEO-su olmuş Eric Schmidt-i öz direktorlar şurasından çıxartmaqla Google şirkətinə qarşı müharibə elan etdi. Həmin vaxtdan iki böyük şirkət arasındakı rəqabət səs-küylə davam etməsə də, Apple şirkətinin 2 keçmiş mühəndisinin sözlərinə əsasən Apple hələ də Google-dan acıqlıdır. Onların sözlərinə əsasən Apple hələ də Google-a qarşı gizli müharibə aparır. Bu istiqamətdə şirkət iPhone-lar üçün nəzərdə tutulmuş yeni funksiyaların hazırlanması ilə məşğuldur.
Hələ 2012-ci ildə Apple şirkəti Maps tətbiqini təqdim etmişdi. Bu tətbiq iPhone-larda standart olan Google Maps tətbiqini sıxışdırıb çıxartmaq üçün nəzərdə tutulmuşdu. Lakin Apple Maps-də olmuş çoxlu sayda səhvlər onun Google Maps ilə lazımi səviyyədə rəqabət aparmasına mane oldular. Qeyd etmək lazımdır ki, son 10 il ərzində Apple şirkətinin Maps tətbiqi olduqca yaxşılaşdırılıb. Apple həmçinin axtarış xidmətləri sahəsində də dəyişiklikləri planlaşdırır. Artıq son bir neçə il ərzində ortaya çıxan məlumatlara əsasən Apple şirkət daxilində Apple Search adlı servis üzərində çalışır. Bu servisin tarixi 2013-cü ildən start götürür. Həmin ildə şirkət Topsy Labs adlı startapı almışdı. Bu startap zamanında Twitter-də axtarış və analitikanın təmin olunması üçün onun indekslənməsi ilə məşğul olmuşdu. Daha sonra Apple 2019-cu ildə süni zəka sahəsində fəaliyyət göstərmiş Laserlike adlı startapı aldı.
Analitiklərin sözlərinə əsasən Apple 1.2 milyard iPhone istifadəçisi üçün standart olaraq quraşdırılan Google Search-dən imtina etməklə axtarış xidmətləri bazarındakı payını sürətlə genişləndirə bilər. Lakin bu cür addım Apple şirkətinə baha başa gələcək. Belə ki, Google Search-un iOS-də standart axtarış xidməti qalması müqabilində Google Apple şirkətinə hər il 8-12 milyard dollar vəsait ödəyir. Apple Google şirkətinə ən böyük zərbəni online reklam bazarında vura bilər. Qeyd etmək lazımdır ki, Google şirkətinin sahibi olan Alphabet holdinqi öz gəlirinin 80%-ni məhz online reklam bazarı vasitəsilə əldə edir. Məlumata əsasən Apple şirkəti yeni reklam şəbəkəsi yaradır və həmin şəbəkə reklamların iPhone istifadəçilərinə çatdırılması üsulunu dəyişəcək. Bununla belə Apple bu məsələdə istifadəçilərin konfidensial məlumatlarını reklam brokerlərinə təqdim etməyəcək. Keçən ilin sentyabr ayında Apple şirkətinin bu istiqaməti üzrə rəhbəri Keith Weisburg təyin edilmişdi. Keith Weisburg isə öz növbəsində daha öncə 10 il ərzində Google və Youtube-da çalışıb.
İnsayderlər bu il təqdim ediləcək iOS 17 əməliyyat sistemi barəsində bəzi məlumatları təqdim ediblər. Verilmiş məlumatlardan belə qənətə gəlmək olar ki, iOS-in yeni versiyasında bəzi dəyişikliklər olsa da, istifadəçilər innovativ yenilikləri gözləməyə bilərlər. Beləliklə məlumata əsasən Dawn kod adına sahib iOS 17-də istifadəçi interfeysinin ciddi dəyişikliyi baş verməyəcək. Bunun əvəzinə tərtibatçılar yeni əməliyyat sistemində əsas diqqətlərini onun stabilliyinə və enerji effektivliyinə ayıracaqlar.
İnsayderlər bildiriblər ki, iOS 17-də bütün sistem tətbiqləri yenilənəcək. Bununla yanaşı smart ev ekosisteminin idarəsi məsələsində ciddi dəyişikliklər reallaşdırılacaq. Əlavə olaraq iOS-in yeni versiyasında qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının ayarlanması və idarəsi üçün ayrıca tətbiq mövcud olacaq. iOS 17-nin kodu bu ilki bütün iPhone 15 modellərinin ekranlarında Dynamic Island çıxıntı hissəsinin və USB Type-C girişinin olacağını təsdiqləyib. Böyük ehtimal ilə iOS 17 ənənəyə sadiq qalaraq Apple şirkətinin iyun ayında baş tutacaq WWDC 2023 tədbirində təqdim ediləcək.
Stock fotoların, videoların və musiqilərin satışlarını reallaşdıran Shutterstock servisi keçən il OpenAI şirkəti ilə birlikdə əməkdaşlıq elan etmişdi. Bu əməkdaşlıq çərçivəsində OpenAI şirkəti mətn formatlı təsvirlərin əsasında fotoların generasiyasını reallaşdıran DALL-E 2 adlı süni zəka modelini Shutterstock servisinə inteqrasiya etməli idi. İndi isə rəsmi şəkildə məlumat verilib ki, Shutterstock-un dizaynerlər üçün nəzərdə tutulmuş Creative Flow platformasının istifadəçiləri DALL-E 2 əsasında hazırlanmış alət vasitəsilə müxtəlif fotoları yarada bilərlər. Görünür, hər hansısa ada sahib olmayan yeni alətin əsas özəlliyi ondan ibarətdir ki, istifadəçilər süni zəka tərəfindən yaradılmış fotoları lisenziyalaşdıra biləcəklər. Bu, çox vacib bir özəllikdir.
Belə ki, bazarda Shutterstock-un əsas rəqiblərindən biri olan Getty Images platforması Stability AI şirkətinin Stable Diffusion adlı alqoritmi vasitəsilə generasiya edilmiş fotolar məsələsində məhkəmə prosesindədir. Belə ki, Stable Diffusion tərtibatçıları alqoritmin təlimatlandırılmasında Getty Images platformasındakı fotolardan istifadə ediblər. Başqa sözlə desək, Shutterstock fotoların generasiyası üçün neyron şəbəkələrindən istifadə etməklə yanaşı bu cür fotoları müəllif hüquqları ilə təmin etmək niyyətindədir. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə Shutterstock həmçinin Meta şirkəti ilə də əməkdaşlıq elan etmişdi. Bu əməkdaşlıq çərçivəsində Meta şirkəti Shutterstock-un foto və digər media kontentlərini öz süni zəka alqoritmlərinin təlimatlandırılmasında istifadə edəcək.
Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını bu ilin yaz fəslində anons edəcək və onu ilin sonuna kimi satışa çıxardacaq. İnsayder qeyd edib ki, şirkətin ilk MR cihazının istehsalına gələn ay start veriləcək. Gözləntilərə əsasən MR cihazın qiyməti 3000$ təşkil edəcək və o, ilk növbədə ABŞ bazarında satışa çıxacaq. Onu bazardakı bənzər cihazlardan fərqləndirəcək əsas özəlliklərdən biri də o olacaq ki, MR cihaz istifadəçi jestlərinin təyini üzrə təkmilləşdirilmiş sistemə sahib olacaq. İnsayder bildirib ki, Apple şirkətinin ilk MR cihazının sahib olacağı kameralar həm xarici mühitə həm də istifadəçinin gözlərinə tərəf istiqamətlənəcək. Cihaz istifadəçinin gözlərinin hərəkətlərini skan edərək onların istifadəçi interfeysinin hansı elementinə istiqamətləndiyini təyin edə biləcək.
Bu halda istifadəçi interfeysindəki hər hansısa elementin kliklənməsi prosesi istifadəçinin işarət barmağının hərəkəti vasitəsilə reallaşdırılacaq. Zamanla cihazın kameraları istifadəçinin barmaq hərəkətlərini elə dəqiq şəkildə təyin edə biləcək ki, istifadəçi virtual klaviatura üzərində çap prosesini belə reallaşdıra biləcək. Bununla belə MR cihaz Apple şirkətinin Mac kompüterləri ilə sıx inteqrasiya ediləcək. Bunun sayəsində istifadəçi bu və ya digər Mac kompüterinin klaviaturası, touchpad-ı və mouse-u vasitəsilə virtual interfeysin elementlərini idarə edə biləcək. Mlumatda qeyd edilib ki, MR cihazın interfeysi vizual olaraq iPad və iPhone modellərinin interfeyslərini xatırladacaq. Şirkət öz ilk MR cihazı üçün hətta xüsusi əməliyyat sisteminin hazırlanması ilə də məşğuldur.
Bu barədə məlumat hələ keçən il ortaya çıxmışdı. Həmin vaxtda qeyd edilmişdi ki, Apple şirkətinin MR cihazı üçün nəzərdə tutulmuş əməliyyat sistemi xrOS adını əldə edəcək. Mark Gurman-ın sözlərinə əsasən MR cihazın Sony tərəfindən hazırlanacaq yüksək keyfiyyətli ekranları həm virtual reallıq mühitini həm də artırılmış reallıq mühitini əks etdirə biləcəklər. Cihazın gövdəsində olacaq xüsusi diyircəkli düymə vasitəsilə istifadəçi bu rejimlər arasında sürətli keçidi reallaşdıra biləcək. MR cihaz Apple M2 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı o, artırılmış reallıq mühitinin təmin edilməsi üçün nəzərdə tutulmuş köməkçi çipi özündə birləşdirəcək.
Microsoft rəsmi şəkildə elan edib ki, o, OpenAI şirkəti ilə uzunmüddətli əməkdaşlığını genişləndirir. Bu, növbəti illərdə Microsoft tərəfindən OpenAI şirkətinə külli miqdarda investisiyaların yatırılması çərçivəsində baş tutacaq. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Microsoft OpenAI şirkətinə külli miqdarda investisiyalar yatırmaq niyyətindədir. Həmin vaxtda qeyd edilmişdi ki, Microsoft növbəti illərdə ümumilikdə OpenAI şirkətinə 10 milyard dollar investisiya yatırmağı planlaşdırır.
Qeyd etmək lazımdır ki, OpenAI şirkəti son zamanlarda barəsində ən çox danışılan süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısıdır. Şirkət həmçinin süni zəka sahəsində digər məhsulları ilə də tanınır. Onların arasında təsvirlərin generatoru olan DALL-E 2 alqoritmi və proqramçıların işlərində yardımçı olan GitHub Copilot adlı süni zəka əsaslı bulud sistemi var. Microsoft 2019-cu ildə OpenAI-ya 1 milyard dollar investisiya yatırmışdı. 2020-ci ildə isə o, OpenAI tərəfindən yaradılmış GPT-3 adlı süni zəka modelinin əsasında yerləşən texnologiyanın lisenziyasını əldə etmişdi.
Nəticədə Microsoft OpenAI ilə sıx əməkdaşlıq yaratdı. Son məlumatlara əsasən Microsoft özünün Bing axtarış sisteminə ChatGPT çat-botunu və DALL-E 2 alqoritmini inteqrasiya etməyi planlaşdırır. Şirkət OpenAI ilə əməkdaşlığın genişləndirilməsi çərçivəsində ona ümumilikdə nə qədər vəsaitin investisiya olunacağı barəsində məlumat verməyib. Bu əməkdaşlıq çərçivəsində Microsoft həmçinin OpenAI şirkətinin bulud texnologiyaları sahəsində eksklüziv partnyoruna çevrilir.
Whatsapp tərtibatçıları keçən ilin yay fəslində messencerin Mac kompüterləri üçün nəzərdə tutulmuş tətbiqini hazırlamağa başladılar. Həmin vaxtda məlumat verilmişdi ki, hazırlanan tətbiq Apple şirkətinin M seriyalı prosessorlarını dəstəkləyəcək. Daha öncə macOS istifadəçilərinə messencerin veb versiyası əsasında hazırlanmış tətbiqdən istifadə etmək təklif edilirdi. İndi isə məlum olub ki, tərtibatçılar Whatsapp-ın Mac kompüterləri üçün nəzərdə tutulmuş tətbiqinin beta versiyasını istifadəyə veriblər. Beta versiyanı istənilən macOS istifadəçisi messencerin rəsmi saytından yükləyə bilər.
İstifadəyə verilmiş beta versiya Apple şirkətinin M1, M1 Pro, M1 Max, M1 Ultra, M2, M2 Max və M2 Pro prosessorlarını dəstəkləyir. Hazırlanmış tətbiq messencerin funksiyalarından rahatlıqla istifadə etməyə imkan verən yaxşılaşdırılmış istifadəçi interfeysinə sahibdir. Son bir neçə ay ərzində Whatsapp-ın macOS versiyası qapalı beta test mərhələsində olub. İndi isə onu istənilən macOS istifadəçisi yükləyərək test edə bilər. Tətbiqin Mac kompüterinə quraşdırılmasından və onda avtorizasiya prosesindən keçəndən sonra istifadəçi standart QR kodun skan edilməsi vasitəsilə öz hesabını iOS və Android də daxil olmaqla digər cihazlarla sinxronlaşdıra bilər.
OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botunun dərs tapşırıqlarının yerinə yetirilməsində istifadəsi məsələsi yuxarı sinif müəllimlərini narahat etsə də, problem təkcə orta məktəblə kifayətlənmir. Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinin professoru Christian Terwiesch bildirib ki, ChatGPT çat-botu MBA (Master of Business Administration) proqramının “Əməliyyatların idarə edilməsi” adlı əsas kursunun buraxılış imtahanından uğurla keçib. Qeyd etmək lazımdır ki, MBA proqramı üzrə təhsil almış məktəb məzunları dövlət xidməti üzrə biznesdə orta və ya yüksək səviyyəli menecer vəzifələrində çalışırlar.
Christian Terwiesch-in sözlərinə əsasən çat-bot əməliyyatların idarəsi və proseslərin analizi üzrə olan sualların öhdəsindən möhtəşəm gəlib. Bununla belə professor bildirib ki, proseslərin analizini əhatə edən daha qəliz suallara cavabların verilməsində bəzi problemlər də müşahidə edilib. Buna baxmayaraq professorun fikrincə nəticə olaraq çat-bot imtahanda B-dən B- kimi olan qiymətləndirməni əldə edə bilər. Bu, yüksək bal sayılmasa da, keçid balı hesab edilir. Yəni onu əldə etmək imtahandan keçmək deməkdir Professor əlavə edib ki, ChatGPT həmçinin hüquqi sənədlərin hazırlanmasında da özünü yaxşı sərgiləyib və bəziləri hətta düşünürlər ki, bu texnologiyanın növbəti versiyası hüquqşünas imtahanından rahatlıqla keçə bilər.
“Kalkulyatorların və digər hesablaycı cihazların istifadəyə verilməsindən öncə şirkətlərin çoxu yüzlərlə işçi qəbul edirdi və həmin işçilərin əsas məşğuliyyətləri riyazi əməliyyatların fərdi şəkildə yerinə yetirilməsi idi. Aydındır ki, hal hazırda bu cür tapşırıqlar avtomatlaşdırılıb və onlarla bağlı olan insani bacarıqların dəyərlərinin səviyyəsi aşağı enib. Eynilə bizim MBA proqramlarımızda öyrədilən bacarıqların istənilən səviyyədə avtomatlaşdırılması potensial olaraq təhsilin dəyərini aşağı sala bilər” - deyə Christian Terwiesch qeyd edib.
Çinli alimləri heyrətləndirici müşahidələrindən xəbər veriblər. Onların aparmış olduqları müşahidələrə əsasən Yer kürəsinin nüvəsi fırlanma prosesini dayandırıb və o, növbəti mərhələdə əks istiqamətdə fırlanmağa başlaya bilər. Əgər bu məlumat təsdiqlənsə, deməli planetin davranışında olan açıqlanması qəliz prosesləri (sutkaların davamlılıqlarındakı dəyişikliklər, ani iqlim dəyişikliyi, okean səviyyəsinin artması-azalması və s.) sadə üsul ilə izah etmək mümkün olacaq. Yer kürəsi nüvəsinin dəyişən fırlanma sürəti barəsində ilk inandırıcı məlumatlar hələ keçən əsrin 90-cı illərində əldə edilib. Alimlərin heç də hamısı həmin məlumatlara inanmır. Lakin onların tərəfdarları da var.
Onların fikirlərinə əsasən dəmir və nikel ərintisindən təşkil edilmiş daxili nüvə maqnit və qravitasiya güclərinin kompleksli təsirləri nəticəsində fırlanır. Bunun əsas səbəbi isə daxili nüvə ilə mantiya layının müxtəlif cinsli olmalarındadır. Başqa sözlə desək, həm maqnit sahəsi həm də qravitasiya tərəfindən təyin edilən güc nöqtələri var və əgər bu iki güc bir-birini tənzimləmirsə, Yer kürəsinin nüvəsi ya sürətlənəcək ya da sürətini azaldacaq. Bu məlumatların doğru olub-olmaması üçün alimlər keçən əsrin 60-cı illərindən indiyənə kimi olmuş seysmik məlumatları araşdırıblar. Nəticədə onlar Yer kürəsinin daxili nüvəsinin dəyişən fırlanma nəzəriyyəsinə daha çox əmin olublar.
Yeni məlumatlara əsasən planetin daxili nüvəsinin fırlanma periodu 60-70 il təşkil edir. Yer kürəsinin daxili nüvəsinin fırlanma sürəti hal hazırda keçən əsrin 70-ci illərində olmuş fırlanma sürətinə bərabərdir. Alimlər hətta ehtimal edirlər ki, hal hazırda daxili nüvə fırlanma prosesini demək olar dayandırıb və o, əks istiqamətdə fırlanmağa başlaya bilər. Əgər bu məlumatlar təsdiqlənsə, onların vasitəsilə Yer kürəsinin öz oxu ətrafında fırlanma sürətinin azalmasını və hətta qlobal iqlim dəyişikliklərini izah etmək mümkün olar.
Verilmiş məlumata əsasən Coca-Cola şirkəti öz smartfonunu təqdim etməyə hazırlaşır. Ice Universe ləqəbli məşhur insayder isə şirkətin ilk smartfonunun fotosunu təqdim edib. Məlumata əsasən smartfon ColaPhone adını əldə edəcək. ColaPhone-nun texniki özəllikləri barəsində məlumat yoxdur. Lakin insayder tərəfindən təqdim edilmiş fotodan görmək olar ki, ColaPhone ikili arxa kamera və LED işıqlandırma sistemi ilə təchiz olunacaq.
Bununla yanaşı smartfonun arxa paneli gözlənildiyi kimi Coca-Cola şirkətinin ənənəvi qırmızı rəng çalarında reallaşdırılacaq və böyük ölçülü Coca-Cola yazısını əldə edəcək. Smartfonun kənar hissəsində səsin tənzimlənməsi düymələrini görmək olar. İnsayderin vermiş olduğu məlumata əsasən çox güman ki, Coca-Cola öz ilk smartfon modelini məşhur smartfon istehsalçılarından biri ilə əməkdaşlıq çərçivəsində hazırlayır. Lakin söhbətin hansı smartfon istehsalçısından getdiyi məlum deyil. İstifadəçilərin fikirlərinə əsasən Coca-Cola ya Realme ya da digər Çin brendi ilə əməkdaşlıq edir.
1 fevral tarixində Samsung şirkəti Galaxy Unpacked 2023 tədbirini keçirdəcək və həmin tədbir çərçivəsində Galaxy S23 flaqman smartfon seriyasını təqdim edəcək. Baş tutacaq Galaxy Unpacked 2023 tədbirinin promo kampaniyasına isə şirkət öz Youtube kanalında qısa video ilə start verib. “Epic nights are coming” şüarına sahib video Galaxy S23 Ultra-nın diqqət çəkəcək yeni gecə çəkilişi rejimini sərgiləyir. Videoda Ayın yüksək detalizasiyaya və aşağı küy səviyyəsinə sahib fotosunu görmək olar. Çox güman ki, şirkət bu videoda Galaxy S23 Ultra-nın sahib olacağı 100 qat kosmik zoom funksiyasını sərgiləyib.
Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Galaxy S23 Ultra barəsində ortaya çıxmış məlumatlarda smartfonun bu cür funksiyaya sahib olacağı bildirilmişdi. Hələ keçən həftə Samsung ISOCELL HP2 adlı yeni 200 MP-lik kamera sensorunu anons etmişdi. Məlumata əsasən həmin kamera sensorunu ilk əldə edəcək smartfon məhz Galaxy S23 Ultra modeli olacaq. Bununla yanaşı smartfon yeni gecə çəkilişi rejimini özündə birləşdirəcək. Lakin buna baxmayaraq 3 qat və 10 qat zoom funksiyaları keçən ilki Galaxy S22 Ultra modelindəki kimi olacaq.
Alimlər Avropanın Gaia adlı kosmik teleskopu vasitəsilə yeni ekzoplanet kəşf ediblər. Kəşf edilmiş ekzoplanetin əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, onun daxilində nüvə sintezi gedir. Sözügedən ekzoplanet Yer kürəsindən 130 işıq ili uzaqlığında yerləşən HD 206893 adlı ulduzdan 483 milyon km aralıda olan orbitdə aşkar edilib. Məlumatda qeyd edilib ki, HD 206893 adlı ulduz bizim Günəşdən 30% daha böyükdür. Məlumdur ki, bu ulduz protoplanet diskinə (cavan ulduzun ətrafında dövr edən və sıx qazdan ibarət olan disk) sahibdir. Bu isə o deməkdir ki, onun ətrafında planetlər hələ formalaşma prosesindədirlər. Avropa Kosmik Agentliyinə məxsus olan Gaia adlı kosmik teleskop ulduzlu səmanın dəqiq müşahidəsini aparmağa imkan verir və ilk növbədə qalaktikanın 3D modelinin yaradılması üçün nəzərdə tutulub.
Gaia tərəfindən əldə edilmiş məlumatlardan istifadə edərək alimlər Çilidə yerləşən Very Large Telescope adlı teleskop kompleksinin sahib olduğu GRAVITY adlı aləti işə salıblar. Onlar bunu sözügedən ulduz sistemində yeni ekzoplanetin mövcud olub-olmadığını təsdiqləmək üçün ediblər. Nəticədə yeni ekzoplanetin mövcudluğu təsdiqlənib və ona HD 206893c adı verilib. Alimlərin aparmış olduqları müşahidələr çərçivəsində həmçinin ekzoplanetin atmosferinin işıq spektri analiz edilib. Nəticədə alimlər güman ediblər ki, ekzoplanetin daxilində deyteriumun (hidrogen izotoplarından biri) iştirakı ilə nüvə sintezi gedir. Məlumatda qeyd edilib ki, HD 206893c adlı yeni ekzoplanetin kütləsi Yupiterin kütləsindən 13 dəfə daha böyükdür.
Onun nəhəng ölçüsü və daxilində nüvə sintezinin getmə faktı ona işarə edir ki, o, planet və qəhvəyi cırtdan sinifinə daxil olan ulduz arasındakı aralıq mərhələsindədir. Bu cür obyektlər adətən adi ulduz kimi formalaşırlar. Lakin onların kütlələri onları adi ulduzlar sinifinə daxil etmək üçün kifayət qədər böyük olmurlar. Bu kəşf onu göstərir ki, Gaia teleskopu potensial ekzoplanetlərin aşkar edilməsi imkanına sahibdir. Daha sonra bu cür kosmik obyektlər James Webb kosmik teleskopu kimi digər teleskoplar vasitəsilə daha detallı şəkildə analiz edilə bilərlər.
Bu il təqdim ediləcək Android 14-ün beta versiyasının kodunda yeni təhlükəsizlik qaydası aşkar edilib. Aşkar edilmiş yeni təhlükəsizlik qaydası mobil tətbiqlərin quraşdırılmasını əhatə edir. İnsayderlərin vermiş olduqları məlumata əsasən Android 14-dəki yeni təhlükəsizlik qaydası əməliyyat sisteminə köhnəlmiş tətbiqlərin quraşdırılmasını qadağan edəcək. Bu həm Google Play-dən həm də kənar resurslardan APK faylların yüklənməsi üsulu ilə quraşdırılması nəzərdə tutulmuş köhnəlmiş tətbiqləri əhatə edəcək.
Android 14-ün beta versiyasının kodunda aşkar edilmiş məlumata əsasən yeni əməliyyat sistemi API-ya olan tələbləri sərtləşdirəcək. Beləliklə sistem daha köhnə Android versiyaları üçün hazırlanmış proqram təminatlarının quraşdırılmasını bloklayacaq. Söhbət, Andorid 6.0 Marshmallow və ondan daha əvvəlki Android versiyaları üçün hazırlanmış tətbiqlərdən gedir. Bununla belə yeni əməliyyat sisteminin kodunda məhdudlaşdırıcı sistemin genişləndirilməsi imkanı da var.
Buna görə də gələcəkdə yeni Android versiyalarında köhnəlmiş tətbiqlərin quraşdırılması məsələsində daha sərt tədbirlər reallaşdırıla bilər. Google tərəfindən atılmış bu cür addım öz növbəsində əməliyyat sistemini müxtəlif təhlükələrdən qorumalıdır. Qeyd etmək lazımdır ki, bəzi zərərli proqram təminatları məhz köhnə Android versiyaları üçün nəzərdə tutulub. Gözləntilərə əsasən yeni əməliyyat sisteminə köhnəlmiş tətbiqləri tərtibatçılar üçün nəzərdə tutulmuş xüsusi proqram təminatları vasitəsilə quraşdırmaq mümkün olacaq.
Çinin Weibo sosial şəbəkəsində Huawei P60 Pro flaqman smartfon modelinin texniki özəllikləri barəsində məlumat ortaya çıxıb. Əgər ortaya çıxmış məlumatlar həqiqəti əks etdirirlərsə, Huawei P60 Pro smartfonu əvvəl düşünüldüyündən daha güclü olacaq. Bununla yanaşı insayderlər sözügedən smartfonun arxa kamera dizaynını sərgiləyən fotonu da təqdim ediblər. Beləliklə məlumatda qeyd edilib ki, Huawei P60 Pro smartfonu Snapdragon 8 Gen 2 prosessorunun 4G versiyası vasitəsilə çalışacaq və özündə LPDDR5X standartlı RAM yaddaşını və UFS 4.0 standartlı daxili yaddaş həcmini birləşdirəcək. Smartfon Çinin BOE şirkəti tərəfindən istehsal ediləcək 6.6 düym OLED ekran ilə təchiz olunacaq.
Məlumata əsasən ekran 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Kameralara gəldikdə isə Huawei P60 Pro modeli üçlü arxa kameraya sahib olacaq: 50 MP (Sony IMX888) + 50 MP (ultragenişbucaqlı Sony IMX858) + 64 MP (OmniVision OV64B). Ön kamera baxımından smartfon 32 MP-lik kameranı əldə edəcək. İnsayderlər həmçinin qeyd ediblər ki, Huawei P60 Pro modeli 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və batareya əlavə olaraq 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, Huawei P60 smartfon seriyasının mart ayında təqdim ediləcəyi gözlənilir.
QadinFest və “Women in Tech” platformalarının təşkilatçılığı ilə 28-29 yanvar, saat 12:00-18:00-dək Bakı Dəniz Vağzalı (Nefçilər pr.62) nəzdində İncəsənət Mərkəzində “Qadınlar STEM”də adlı möhtəşəm Festival keçiriləcək!
STEM-Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) və Math (Riyaziyyat) sözlərinin ilk hərflərinin birləşməsindən yaranmışdır. Siz əlbəttə ki, festival nə üçün “Qadınlar STEM-də” adlanır deyə soruşacaqsınız, axı bu sahədə həm kişi, həm də qadın mütəxəssisləri çalışır? Əlbəttə, bəli! Festivalın qapıları hər kəs üçün açıqdır. Lakin, nəzərinizə çatdırmaq istərdik ki, qadınlar bu sahələrdə cəmi 30% təmsil olunurlar. Ona görə festival öz adı ilə bu suala diqqət çəkilməsi məqsədi daşıyır!
Festival təşkilatçıları STEM haqqında heç bir məlumatı olmayanlara STEM sahələri haqqında danışmaq, tələbə və gənc mütəxəssislərə iş tapmaq və xeyirli insanlarla əlaqə yaratmağa kömək etmək, həmçinin STEM-ə daha çox uşaq cəlb etmək üçün onlara festivalda əla əylənmək üçün şərait yaratmalarını qarşılarına məqsəd olaraq qoymuşlar!
Festivaldan nə gözləyək?
- Çox maraqlı spikerlərin səmimi və möhtəşəm çıxışları.
Siyahı ilə burada tanış ola bilərsiniz:
https://bit.ly/3R6j0vV
- Xeyirli tanışlıqlar və işə düzəlmə imkanı, çünki festival çərçivəsində əmək yarmarkası keçiriləcək. Öz CV-nizi gətirin.
- Böyük uşaq meydançası, harada uşaqları qeyri-adi master-klasslar gözləyir, hansılara ki, digər vaxtlarda yüksək ödənişlərə və yer məhdudiyyətinə görə düşmək çox çətindir.
Tədbirdə rəsmi şəxslərin qeyri-rəsmi nitqlərini dinləmək və sizi maraqlandıran sualları vermək üçün möhtəşəm imkandır.
Bütün çıxışlar Azərbaycan dilindədir.
Tədbir hamı üçün açıqdır, giriş sərbəstdir, qeydiyyatdan keçin ki, izdihamda gözləməyəsiniz, ailənizlə, övladlarınızla və dostlarınızla gəlin! Çox maraqlı və səmərəli olacaq!
Festivalda iştirak etmək üçün qeyd edilən linklərdən keçməyiniz xahiş olunur:
Uşaq ərazisi üçün:
https://bit.ly/3QIanHL
Çıxış edənləri dinləmək üçün:
https://bit.ly/3XfCReh
Festivalda iştirak ödənişsizdir!
Bizim tərəfdaşlarımız olmasaydı belə bir tədbir mümkün olmazdı!
Tədbirin təşkil olunmasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Bakı Limanı, BP, SOCAR, SOCAR CAPE, Procter&Gamble, Developia-ya xüsusi təşəkkürümüzü bildiririk.
İlin ən maraqlı və faydalı tədbirlərinin birində görüşənə qədər!
Süni zəka əsaslı ChatGPT çat-botunun bəzi isitfadəçiləri bildiriblər ki, OpenAI şirkəti onlara ChatGPT Professional adlı çat-bota aylıq abunəliyi təklif edib. Məlumatda qeyd edilib ki, təqdim edilmiş abunəliyin aylıq haqqı 42$ təşkil edir. Bununla belə şirkət tərtibatçıları bunu rəsmi şəkildə elan etməyiblər. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OpenAI şirkəti öz məşhur çat-botunun pullu versiyasını təqdim etməyi planlaşdırır. Həmin vaxtda şirkət qeyd etmişdi ki, o, çat-botun daha geniş imkanlara sahib pullu versiyasını istifadəyə verməyi nəzərdən keçirdir və ilk növbədə bu, təcrübi bir proqram olacaq. Lakin şirkət çat-botun pullu versiyasının test edilməsi ilə bağlı hər hansı bir rəsmi xəbəri təqdim etməyib.
İstifadəçilər tərəfindən təqdim edilmiş screenshot fotoya əsasən aylıq 42$ müqabilində şirkət çat-botun daha yüksək sürətlə çalışma özəliyini, ona göndərilən sorğuların pik vaxtında ondan istifadə etmə imkanını və yeni funksiyaları hamıdan öncə əldə etmə fürsətini təqdim edir. Süni zəka sahəsində fəaliyyət göstərən tərtibatçılardan birinin təqdim etmiş olduğu videodan da görmək olar ki, çat-botun pullu versiyası sözün əsl mənasında sürətlə çalışır. Bununla yanaşı videoda görmək olar ki, çat-botun pullu versiyası ChatGPT Pro adlanır. Bəzilərinin sözlərinə əsasən aylıq 42$ abunəlik haqqı çox bahadır. Lakin onu da nəzərə almaq lazımdır ki, şirkət bu imkanı hələ ki, test edir və nəticədə aylıq abunəliyin hansı qiymətə satılacağını söyləmək çətindir.
91mobiles saytı OnePlus şirkətinin ilk mexaniki klaviaturasının fotosunu əldə edib və onun barəsində bəzi məlumatları təqdim edib. Beləliklə verilmiş məlumata əsasən OnePlus şirkəti öz ilk mexaniki klaviaturasını 7 fevral tarixində təqdim etməlidir. Klaviatura ilk növbədə Hindistan bazarında satışa çıxacaq. Böyük ehtimal ilə müəyyən müddətdən sonra şirkət onu qlobal bazarda da satışa çıxardacaq. Təqdim edilmiş fotodan da görmək olar ki, klaviaturanın gövdəsi ağ rəngdə olacaq. Lakin klaviaturaının digər gövdə rənglərinə sahib olacağı da istisna deyil. Klaviatura həmçinin RGB işıqlandırma sistemini və üstəlik Windows ilə macOS arasındakı sürətli keçid düyməsini əldə edəcək. Klaviaturanın düymələri dəyişdirilə bilən olacaq. Onu kompüterə həm naqil həm də naqilsiz üsul ilə qoşmaq mümkün olacaq. Klaviatura özündə Bluetooth 5.2 texnologiyasını və USB Type-C ilə USB Type-A girişlərini birləşdirəcək.
Whatsapp tərtibatçıları messenceri təkmilləşdirməyə davam edirlər. Məlum olub ki, onlar messencerin beta versiyasına çox faydalı bir funksiyanı əlavə ediblər. Əlavə edilmiş yeni funksiya messencer daxilində fotoların ilkin keyfiyyətdə göndərilməsini təmin edəcək. Bir neçə müddət bundan öncə Whatsapp-ın istifadəyə verilmiş 2.21.15.7 nömrəli beta versiyasında HD Photos adlı funksiya aşkar edildi. Sözügedən funksiya vasitəsilə istifadəçi göndərilən fotonun hansı keyfiyyətdə göndərilməsini təyin edə bilər. Bu funksiya göndərilməsi planlaşdırılan fotonun keyfiyyətinin avtomatik və ya istifadəçi tərəfindən seçilməsini təmin edir. Lakin onlardan heç biri fotonun ilkin keyfiyyətdə göndərilməsini mümkün etmir.
Məlum olub ki, messencerin Android üçün nəzərdə tutulmuş 2.23.2.11 nömrəli beta versiyasında ortaya çıxmış funksiya fotonun ilkin keyfiyyətdə göndərilməsini mümkün edir. Bu halda fotonun messencer tərəfindən sıxılması baş vermir. Tərtibatçılar bunu mümkün edən xüsusi düyməni fotonun göndərilməsi zamanı ortaya çıxan panelə əlavə ediblər. Bu funksiya öz növbəsində göndərilən fotoların keyfiyyətlərini idarə etməyə imkan verəcək. Bununla yanaşı bu funksiya ilkin keyfiyyətə sahib fotoların göndərilməsinin vacib olduğu zamanlarda çox faydalı olacaq. Hal hazırda sözügedən funksiya Whatsapp-ın Android üçün nəzərdə tutulmuş 2.23.2.11 nömrəli beta versiyasında aktivdir. Yaxın gələcəkdə onun messencerin stabil versiyasında istifadəyə verilməsi gözlənilir.
Elon Musk bir neçə gün bundan öncə onu narahat edən məsələlər barəsində fikrini bildirib. O, qeyd edib ki, reklamlar Twitter-də daha çox yer tuturlar və istifadəçilərə tez-tez sərgilənirlər. Bununla yanaşı Musk bildirib ki, Twitter öz istifadəçilərinə reklamların olmayacağı daha bahalı abunəliyi təqdim etməyi planlaşdırır. Məlumdur ki, keçən ilin sonunda Twitter Blue abunəliyi yenidən istifadəyə verilən zaman Musk qeyd etmişdi ki, abunəliyin yeni versiyasında istifadəçilər 2 dəfə daha az reklam görəcəklər. İndi isə məlum olub ki, sosial şəbəkə öz istifadəçiləri üçün daha bahalı tarif planına sahib yeni abunəlik üzərində çalışır və o, istifadəçiləri reklamlardan tamamilə azad edəcək. Musk təsdiqəyib ki, bu istiqamətdə işlər artıq gedir.
Qeyd etmək lazımdır ki, keçən il Twitter-in gəlirlərinin 90%-ni məhz reklam verənlər tərəfindən ödənilmiş pul vəsaitləri təşkil etmişdi. Musk isə tədricən abunəçilərin vəsaitlərini şirkətin əsas gəlir mənbəyinə çevirmək niyyətindədir. Lakin Musk tərəfindən qəbul edilən dəyişikliklər hələ ki, şirkətin ciddi vəsait itkilərinə səbəb olur. Bəzi məlumatlara əsasən Musk-ın şirkətin CEO vəzifəsində çalışmağa başladığı vaxtdan Twitter-in işçi sayı 80% azaldılıb. Sosial şəbəkə daxilində reklam elanlarının yerləşdirilməsindən isə 500-ə yaxın şirkət və təşkilat imtina edib. Twitter Blue yenidən istifadəyə verilən zaman onun aylıq haqqı 8$ idi. Lakin iOS istifadəçiləri 11$ ödəməli idilər.
Belə ki, iOS istifadəçilərindən əldə edilən əlavə vəsait Apple şirkətinin komissiyasını təşkil edir. Söhbət, Twitter Blue-nu sosial şəbəkənin tətbiqi daxilində əldə etmək istəyən iOS istifadəçilərindən gedir. Twitter-in rəsmi saytından Twitter Blue abunəliyini əldə etmək istəyən iOS istifadəçiləri əvvəlki kimi 8$ ödəməlidirlər. Bir neçə müddət bundan öncə isə məlum oldu ki, Android istifadəçiləri də sosial şəbəkənin daxilində Twitter Blue-nu əldə etmək istəyən zaman 11$ ödəməli olacaqlar. Səbəb isə Google şirkətinə ödənilən komissiyadır. Nəticədə Twitter Blue-nu 8$-a əldə etmək istəyən Android istifadəçiləri iOS istifadəçilər kimi bunu sosial şəbəkənin rəsmi saytında reallaşdıra bilərlər.
Hindistanda yerləşən Giant Metrewave Radio Telescope (GMRT) adlı rəsədxana Yer kürəsindən 8.8 milyard işıq ili uzaqlığında yerləşən qalaktikadan 21 sm-lik dalğa uzunluğuna sahib siqnal qəbul edib. Bu cür siqnala həmçinin neytral hidrogenin radio xətti də deyirlər. SDSSJ0826+5630 adlı qalaktika sözügedən siqnalı 8.8 milyard il bundan öncə ifraz edib. Siqnal öz növbəsində qalaktikadakı qazın miqdarını təyin etməyə yardımçı olub. Bununla yanaşı həmin siqnal sayəsində məlum olub ki, SDSSJ0826+5630 qalaktikasının kütləsi onun daxilində görünən ulduzların ümumi kütləsindən 2 dəfə daha böyükdür. Qalaktikalar geniş diapazonda elektromaqnit şüalanmalar ifraz edirlər.
Lakin neytral hidrogenin radio xəttini indiyənə kimi daha yaxın və cavan mənbələrdən əldə etmək mümkün olub. Daha uzaq qalaktikalardan bu cür uzun dalğalı siqnalların qəbul edilməsinin çətinliyi ondan ibarətdir ki, uzun məsafələrin qətt edilməsi zamanı bu cür siqnalların dalğalarının uzunluqları yüksəlir. Bu isə öz növbəsində dalğaların enerjilərinin azalmasına səbəb olur. Alimlər isə sözügedən siqnalı qravitasiya linzası üsulu ilə aşkar ediblər. Ümumi nisbilik nəzəriyyəsinə əsasən kütləyə sahib obyektlər fəza və zamanı təhrif edirlər.
Obyektin kütləsi nə qədər böyükdürsə, fəza və zaman daha güclü şəkildə təhrif olunur. Bu halda yüksək kütləyə sahib obyektin yanından keçən işığın hərəkət trayektoriyası da təhrif olunur. Nəticədə işığın mənbəyi göy üzündə bir neçə nöqtədə ortaya çıxa və siqnalın gücü yüksələ bilər. SDSSJ0826+5630 adlı qalaktika tərəfindən ifraz edilmiş radio siqnal isə digər qalaktika tərəfindən 30 dəfə daha da gücləndirilib. Nəticədə Yer kürəsində yerləşən teleskop həmin siqnalı qəbul edə bilib. Bu o deməkdir ki, gələcəkdə bu cür siqnalları digər uzaq qalaktikalardan qəbul etmək mümkün olacaq.
Samsung-un tərkibinə daxil olan Samsung Display şirkəti Flex In & Out adlı yeni qatlana bilən ekran prototipini sərgiləyib. Sərgilənmiş bu qatlana bilən ekranın əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o, hər iki istiqamətə qatlana bilir. Yəni ekran həm daxili həm də xarici istiqamətdə qatlanır. Bu isə öz növbəsində ekranın bir növ 360 dərəcə fırlanması effektini yaradır. Bundan əlavə olaraq şirkət sözügedən qatlana bilən ekranda daha fərqli şarnir konstruksiyasını reallaşdırıb. Nəticədə qatlanma zamanı ekranın səthində qatlanma izləri daha az gözə çarpır.
Ekran üzərində qatlanma izinin qalması hal hazırda müasir qatlana bilən əksər smartfonların sahib olduqları problemlərdən biridir. Lakin digər istehsalçılar bu məsələdə irəliləyiş sərgiləyirlər. Məsələn qatlana bilən OPPO Find N2 və Motorola RAZR 3 smartfonlarının ekranlarında qatlanma izi çox az nəzərə çarpır. Qeyd etmək lazımdır ki, Samsung-un qatlana bilən smartfonlarının ekranları yalnız bir istiqamətdə qatlana bilirlər. Şirkətin hazırlamış olduğu Flex In & Out adlı ekran prototipi xarici görünüşcə Galaxy Z Fold-u xatırladır. Heç istisna deyil ki, gələcək Galaxy Z Fold modelləri məhz bu cür ekranla təchiz olunsunlar. Şirkət hətta bu il təqdim edəcəyi Galaxy Z Fold 5-də artıq bu cür ekranı reallaşdıra bilər.
İnsayderlərin verdikləri yeni məlumata əsasən Twitter yaxın zamanda istifadəçilərin bir-biriləri ilə yeni ünsiyyət imkanını əldə edəcək. Söhbət, müasir messencerlərdə olan videozəng funksiyasından gedir. İnsayderlər həmçinin Twitter daxilində reallaşdırılacaq videozəng funksiyasının interfeysinin screenshot fotolarını da təqdim ediblər. Əgər bu fotolar həqiqəti əks etdirirlərsə, deməli yaxın zamanda Twitter istifadəçiləri messencerlərdə olduğu kimi bir-birilərinə videozənglər reallaşdıra biləcəklər.
Təqdim edilmiş screenshot fotolardan birində kameranın, mikrofonun deaktiv edilməsi və zəngin yekunlaşdırılması düymələrini görmək olar. Bu isə öz növbəsində söhbətin, video çəkiliş ilə bağlı hansısa funksiyanın reallaşdırılmasından deyil, məhz videozəng imkanından getdiyini sübut edir. Qeyd etmək lazımdır ki, Twitter təmsilçiləri sosial şəbəkə daxilində videozəng funksiyasının olacağını hələ anons etməyiblər. Twitter daxilində videozənglər funksiyasının nə zaman istifadəyə veriləcəyi bilinmir. Lakin yaxn zamanda sosial şəbəkədə uzun tweet-lərin paylaşılması funksiyası istifadəyə verilməlidir.