“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu davam edir. Proses 1 aprel 2023-cü il tarixində yekunlaşacaq.
Bu barədə TED.az-a Elmə və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə həyata keçirilən ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.
Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.
Əlavə sual yaranarsa, FAQ/MVS və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət etmək mümkündür.
“Yaşıl” enerji üzrə layihələrin inkişafı Azərbaycanla əməkdaşlıqda prioritet kəsb edir”.
Bu barədə TED.az-a açıqlamasında Belçika Xarici İşlər Nazirliyinin mətbuat katibi Nikolas Firens Gevert deyib.
“Belçika şirkəti Naxçıvanda günəş enerjisinin inkişafına təşəbbüs göstərib. Bu sahədə əməkdaşlıq davam etməkdədir. Yaşıl hidrogen sahəsində layihələrin işlənməsi də Belçikanın xarici tərəfdaşlarla əməkdaşlıq siyasətində prioritet istiqamət təşkil edir”, - o qeyd edib.
Onun sözlərinə görə, Belçika Azərbaycanda müxtəlif sahələrdə bir sıra layihələrin reallaşdırılmasında maraqlıdır.
“Özəl sektor Belçikanın açıq iqtisadiyyatında və xarici ticarətində mühüm iştirakçıdır. Flandriya İnvestisiya və Ticarət Agentliyi, həmçinin Valloniya İxrac və İnvestisiya Agentliyi ikitərəfli xarici ticarətə köməklik məqsədilə ötən ilin noyabr ayında Azərbaycana ticari missiya göndərib”, - Gevert əlavə edib.
Belçika XİN rəsmisi köçmə üzrə xidmət təminatçısı olan “Gosselin” və ağır yük daşımaları ilə məşğul olan “Sarens” kimi şirkətlərin artıq Azərbaycanda ofislərinin olduğunu qeyd edib.
Gevert Belçikanın həmçinin universitetləri və tədqiqat mərkəzləri ilə yaxşı tanındığını bildirib. Bir çox innovasiya şirkətləri, o cümlədən kiçik və orta müəssisələr logistika, kosmos və aerokosmik sənaye, səhiyyə, əczaçılıq, ənənəvi enerji və bərpa olunan enerji mənbələri, habelə dənizdə külək elektrik stansiyaları kimi aparıcı sektorlarda aktiv fəaliyyət göstərir.
“Bununla bağlı qeyd etmək yerinə düşər ki, tezliklə Belçika hökumətinin dəstəyi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə tibbi avadanlıq gətiriləcək”, - o deyib.
Mətbuat katibi Belçika şirkətlərinin həmçinin 2023-cü ilin oktyabr ayında Bakı şəhərində keçiriləcək Beynəlxalq Astronavtika Konqresində iştirak edəcəyini əlavə edib.
<p style="text-align:;" justify;">Ötən gecə nadir astronomik hadisə yaşanıb.
<p style="text-align:;" justify;">Yerin təbii peyki Ayla Venera planetinin bir-birinə vizual olaraq çox yaxın yerləşməsi görənləri heyrətləndirib.
<p style="text-align:;" justify;">Türkiyədə hadisə şahidləri dərhal mobil telefonlarına əl ataraq həmin anları qeydə almağa başlayıblar.
<p style="text-align:;" justify;">Mənbə: Haber Global
<div style="text-align:;" justify;">Tezliklə İnstagram-da əvvəllər heç görmədiyiniz yerlərdə reklamlar görə bilərsiniz. Meta-ya məxsus proqram bizneslərə kəşf edilmək üçün daha çox yol vermək məqsədi daşıyan bir neçə yeni reklam yerləşdirməsini sınaqdan keçirməyə başlayıb.
<div style="text-align:;" justify;">TED.az CNN-ə istinadən xəbər verir ki, reklamları axtarış nəticələrinə yerləşdirəcək. Tətbiqdə konkret termini axtardığınız zaman faktiki nəticələrdən hər hansı birinə toxunaraq, reklamlar görünəcək.
<div style="text-align:;" justify;">İnstagram, yaxın aylarda reklam yerləşdirməsini qlobal şəkildə yaymağı planlaşdırdığını söyləyib. Tətbiq həmçinin bizneslərə gələcək hadisələr və ya təqdimatlar haqqında sizə xatırlatmaq və ya məlumat vermək səlahiyyəti verəcək formatı sınaqdan keçirmək üçün seçilmiş brendlərlə əməkdaşlıq edir. "Xatırlatma reklamlarını" aktivləşdirdiyiniz zaman, tədbirin başlamasına 15 dəqiqə qalmış və tədbirin nə vaxt başlamasından bir gün əvvəl Instagram-dan bildirişlər alacaqsınız. Bu xatırlatmalar hər hansı digər Instagram bildirişləri kimi görünəcək və kilid ekranınızda görünəcək.
Elm Günü ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təşkil edilən Elm festivalına martın 27-də yekun vurulub.
UNEC-dən TED.az-a bildirilib ki, festival çərçivəsində “Müasir universitetlərdə elmi fəaliyyət: yeni çağırışlar, imkanlar və mürəkkəb vəzifələrin həlli yolları” mövzusunda konfrans, dəyirmi masalar, elmi seminarlar, açıq elmi-populyar mühazirələr, UNEC-in dövri elmi nəşrləri və doktorantura ilə bağlı debatlar keçirilib. Eləcə də Elm festivalı çərçivəsində UNEC-in professor və müəllimlərinin kitab sərgisi və bir sıra nəşriyyatların iştirakı ilə kitab satış-yarmarkası təşkil olunub.
Martın 28-də Bakıda və Abşeron yarımadasında gecə və səhər şimal-qərb küləyinin, martın 29-u günün birinci yarısında isə cənub-qərb küləyinin arabir 15-20 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən TED.az-a verilən məlumata görə, martın 28-i gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Martın 27-si gündüzdən 28-i səhərədək və martın 29-u gün ərzində əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir saniyədə 15-20 metrədək güclənəcəyi proqnozlaşdırılır.
<p style="text-align:;" justify;">Korporativ sosial məsuliyyət prinsiplərini əsas tutaraq “Azercell Telekom” texnoloji imkanlar vasitəsilə cəmiyyətin sosial inkişafı, eləcə də, ayrı-ayrı sosial qrupların rifahının yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirir. Lider mobil operatorun dəstəyi ilə “Birgə və Sağlam” İctimai Birliyinin “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsi həyata keçirilir.
<p style="text-align:;" justify;">Layihə çərçivəsində autizm haqqında onlayn platformada maarifləndirmə işlərinin miqyasını genişləndirmək məqsədilə autizmportali.az portalı dizayn tərtibatı və texniki imkanlar baxımından müasir standartlara uyğun olaraq əsaslı surətdə təkmilləşdirilir və yenilənir, məzmunu zənginləşdirilir, istifadəçilərin məlumatlara rahat çıxışını təmin etmək üçün portalın funksional imkanları artırılır. Portalın dinamikləşdirilməsi məzmunların çevik şəkildə yenilənməsinə, “canlı çat” funksiyası isə istifadəçilərə autizm, həmçinin bu sahədə göstərilən reabilitasiya və digər sosial xidmətlərlə bağlı operativ məlumat almağa imkan verəcək.
<p style="text-align:;" justify;">Azercell-in dəstəyilə Türkiyənin Tohum Otizm Vakfının Azərbaycan dilinə tərcümə olunmuş 10 cilddən ibarət kitabı daxil, autizmin bir sıra aspektlərini əhatə edən elmi əsaslı məlumatlar toplusu rəqəmsallaşdırılıb portala yerləşdiriləcək və məzmun mütəmadi olaraq artırılacaq. Valideynləri autizm haqqında dəqiq və etibarlı məlumatla təmin etmək məqsədilə həkim-mütəxəssislərin iştirakı ilə video formatda hazırlanan maarifləndirmə çarxları da portalda yer alacaq.
<p style="text-align:;" justify;">Layihənin 2023-cü ilin 2-ci yarısınadək yekunlaşdırılaraq açıq istifadəyə verilməsi planlaşdırılır.Korporativ sosial məsuliyyət prinsiplərini əsas tutaraq “Azercell Telekom” texnoloji imkanlar vasitəsilə cəmiyyətin sosial inkişafı, eləcə də, ayrı-ayrı sosial qrupların rifahının yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirir. Lider mobil operatorun dəstəyi ilə “Birgə və Sağlam” İctimai Birliyinin “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsi həyata keçirilir.
<p style="text-align:;" justify;">Layihənin 2023-cü ilin 2-ci yarısınadək yekunlaşdırılaraq açıq istifadəyə verilməsi planlaşdırılır.
<p style="text-align:;" justify;">İri ticarət mərkəzləri və şadlıq saraylarına girişdə COVID-19 pasportu tələb olunmayacaq.
<p style="text-align:;" justify;">TED.az-ın məlumatına görə, qərara əsasən, 2023-cü il 28 mart saat 06:00-dan müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv olunub.
<p style="text-align:;" justify;">Qeyd edək ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” qərar verib. 2023-cü il 28 mart saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişçıxışına icazə verilib. Xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı COVID-19 pasportu tələbi ləğv olunub.
<p style="text-align:;" justify;">Eyni zamanda, müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün COVID-19 pasportu tələbi ləğv olunub.
<p style="text-align:;" justify;">Rusiyada vətəndaşlara rəqəmsal şəxsiyyət vəsiqəsi veriləcək.
<p style="text-align:;" justify;">TED.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin hökumət, Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinə kağız sənədlərin əvəzinə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə prosedurunu hazırlamağı tapşırıb.
<p style="text-align:;" justify;">Qeyd edək ki, Rusiyada hələ də ölkə daxilində şəxsiyyəti təsdiq edən sənəd kimi pasport istifadə olunur.
<p style="text-align:;" justify;">Azərbaycana gələn xarici vətəndaşlardan COVID-19 pasportu tələb olunmayacaq.
<p style="text-align:;" justify;">TED.az-ın məlumatına görə, qərara əsasən, 2023-cü il 28 mart saat 06:00-dan xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına girişi zamanı COVID-19 pasportu tələb olunmayacaq.
<p style="text-align:;" justify;">“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin iki törəmə şirkətinin baş icraçı direktoru dəyişib.
<p style="text-align:;" justify;">TED.az bu barədə əldə etdiyi məlumata görə, Nazim Məmmədov “STP Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilib. O bu vəzifədə <a href="https://banker.az/az%c9%99rbaycanda-zavoda-r%c9%99hb%c9%99rlik-turkiy%c9%99li-mut%c9%99x%c9%99ssis%c9%99-tapsirilir-t%c9%99yinat/" style="box-sizing:;" border-box; background-color: transparent; color: rgb(30, 115, 190); text-decoration-line: none; pointer-events: auto;">Levent Kurukalıpı əvəzləyib.
<p style="text-align:;" justify;">Tamerlan Kurkiev isə “STP Global Cable” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilib. T.Kurkiyev bu vəzifədə <a href="https://banker.az/sumqayit-texnologiyalar-parkinin-tor%C9%99m%C9%99-sirk%C9%99tl%C9%99rinin-r%C9%99hb%C9%99rliyi-d%C9%99yisib/" style="box-sizing:;" border-box; background-color: transparent; color: rgb(30, 115, 190); text-decoration-line: none; pointer-events: auto;">Abdurrahman Gungoru əvəzləyib.
<p style="text-align:;" justify;">N.Məmmədov bundan öncə zavodun kommersiya direktoru idi.
<p style="text-align:;" justify;">Tamerlan Kurkiev STP-nin baş maliyyə inzibatçısı idi.
<p style="text-align:;" justify;">Qeyd edək ki, bundan öncə STP-nin daha bir şirkətinin rəhbəri dəyişdirilmişdi. “STP-AH” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Konuralp Yurter vəzifəsindən azad edilərək onu, Selman Celik əvəz etmişdi.
<p style="text-align:;" justify;">Polimer Məmulatlar Zavodu (PMZ) Sumqayıt Texnologiyalar Parkının ərazisinə görə ikinci ən böyük müəssisədir, şirkətin hüquqi adı “STP Polymer” MMC-dir. 2009-cu ilin dekabrında fəaliyyətə başlayan bu zavod müxtəlif polimer boruların istehsalında ixtisaslaşıb və regionun polimer məmulatları istehsal edən ən iri sənaye müəssisələrindən biridir.
<p style="text-align:;" justify;">PMZ-də hazırda polimer borular, polimer fitinqlər, sarınmış ve polimer kompozit borular, PVC qapı-pəncərə profilləri və onların laminasiyası, mikser-dozator ve kabel plastikatı, su və kanalizasiya boruları, polikarbonat lövhə istehsalı sahələri fəaliyyət göstərir.
<p style="text-align:;" justify;">Zavodda 80-dən artıq müxtəlif istehsal xəttləri fəaliyyət göstərir. Bütün istehsal prosesi Almaniyanın “Krauss Maffei”, “Unicor”, “Krah”, Avstriyanın “Battenfield Cincinatti”, “Fux”, İtaliyanın “Omipa” və Türkiyənin “Mikrosan” şirkətlərinin istehsalı olan ən müasir texnoloji avadanlığın köməyi ilə həyata keçirilir.
<p style="text-align:;" justify;">Almaniya istehsalı olan texnoloji avadanlıq və xammalın böyük hissəsi müasir beynəlxalq standartlara cavab verən məhsulların istehsalına imkan verir. Ümumi istehsal qabiliyyəti illik 250 000 tondan artıqdır.
<p style="text-align:;" justify;">Sumqayıt Texnologiyalar Parkı “SOCAR Polymer” zavodunun tikintisi üçün 5000 ton metal konstruksiya, qaynar sinkləmə, sendviç panel, müxtəlif növ kabel və digər məhsullarla təchiz edib.
<p style="text-align:;" justify;">“STP Global Cable” (Kabel Zavodu) – regionun ən iri, yüksək texnologiyaya malik kabel istehsalçılarından biridir. 2009-cu ildə fəaliyyətə başlayan müəssisədə istehsal prosesi yalnız Avropa texnologiyası əsasında – Finlandiya, Avstriya, Almaniya, İspaniya, Fransa kimi tanınmış dünya istehsalçılarının avadanlıqlarında həyata keçirilir.
<p style="text-align:;" justify;">STP kabellərinin istehsalında aparıcı Avropa şirkətlərindən alınmış xammaldan istifadə olunur və yekun məhsul müasir dünya səviyyəli laboratoriyada sınaqlardan keçirilir.
<p style="text-align:;" justify;">İlon Mask “Twitter”i 20 milyard dollar dəyərində qiymətləndirib. Milyarder bu barədə işçilərə səhm təzminatı ilə bağlı yazdığı məktubda qeyd edib. Qeyd edək ki, bu, sahibkarın sosial şəbəkəyə verdiyi puldan iki dəfə azdır.
<p style="text-align:;" justify;">Mask “Twitter”i 2022-ci ilin oktyabrında alıb. Daha sonra iş adamı şəxsi vəsaitlərdən 21 milyard dolları nizamnamə kapitalı kimi təmin edib, qalanını isə “Morgan Stanley”nin başçılıq etdiyi bir qrup bankdan “Tesla” səhmləri ilə təmin edilib.
<p style="text-align:;" justify;">TED.az bu barədə VC.ru-ya istinadən xəbər verir.
<p style="text-align:;" justify;">17 yanvar 2023-cü ildə adı açıqlanmayan yüksək səviyyəli “Twitter” rəhbəri “The Information”a bildirib ki, Maskın gəlişindən bəri şirkət 500-dən çox reklamçısını itirib və 17 yanvar üçün gəlir 2022-ci ilin eyni gününə nisbətən 40% az olub. Dekabrda “Twitter”in gəliri illik müqayisədə 40% azalıb, “The Wall Street Journal” yazıb.
<p style="text-align:;" justify;">Gürcüstan gömrük xidmətinin təşkilində robotlardan istifadə edəcək.
<p style="text-align:;" justify;">TED.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin rəhbəri Laşa Xutsişvili məlumat verib.
<p style="text-align:;" justify;">“Robotlar müxtəlif sənədləri qəbul edib rəqəmsallaşdıracaq, onlarda olan səhvləri göstərəcək və gömrük nəzarəti işinə cəlb olunacaqlar”, – deyə Xutsişvili vurğulayıb.
<p style="text-align:;" justify;">Qeyd edək ki, dünyanın bir sıra inkişaf etmiş ölkələri gömrük xidmətinin təşkilində, dəmir yolu stansiyalarında, metroda robotların xidmətindən istifadə edirlər.
Əmanətlərin Sığortalanması Fondunun Elektron Auksion Portalı fəaliyyətə başlayıb.
Bir sıra ölkələrdə olduğu kimi ölkəmizdə də COVID-19 pandemiyası səbəbi ilə elan edilmiş karantin rejiminin tətbiqi nəticəsində elektron ticarətin geniş vüsət aldığı bir dövrdə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan bankların balansındakı birbaşa satışı nəzərdə tutulan daşınar əmlakların satışını sürətli şəkildə təmin etmək məqsədilə ərsəyə gətirilən Elektron Auksion Portalı artıq vətəndaşların istifadəsinə verilib.
TED.az xəbər verir ki, portaldan istənilən fiziki və hüquqi şəxslər müvafiq qaydalara uyğun olaraq qeydiyyatdan keçərək istifadə edə bilərlər. Qeydiyyatdan keçmiş hər bir şəxs auksionda iştirak etməklə və ya auksiona qatılmadan məhsul üçün təyin olunmuş məbləği dərhal ödəməklə seçilmiş əmlakı əldə edə bilər. Elektron auksionda iştirakın şərtləri və qaydaları platformada hər bir şəxsə aydın olacaq formada yerləşdirilib.
Qeyd edək ki, hərrac üçün nəzərdə tutulmuş yeni platformada müxtəlif kateqoriyalar üzrə məhsulları əldə etmək mümkündür. Bu kateqoriyalara bank avadanlıqları, mebel, məişət texnikası, İT və ofis avadanlıqları kimi məhsullar daxildir. İstər fiziki, istərsə də hüquqi şəxslər ədalətli qiymətlərlə vaxtlarına qənaət edərək heç bir yerə getmədən onlayn şəkildə ləğv prosesində olan bankların balansındakı birbaşa satışı nəzərdə tutulan daşınar əmlakları əldə edə bilərlər.
Əmanətlərin Sığortalanması Fondu bu yanaşmanı tətbiq etməklə həm ləğv prosesində olan bankların kreditorlar qarşısındakı öhdəliklərinin qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsini sürətləndirəcək, həm də alıcıların zaman və məkan nöqteyi-nəzərindən rahatlığını təmin edəcəkdir.
Nəzərinizə çatdırırıq ki, əlavə məlumat və ya yeniliklərdən xəbərdar olmaq istədiyiniz halda Elektron Auksion Portalının sosial media hesablarına nəzər yetirə bilərsiniz. Həmçinin Elektron Auksion Portalının veb saytında olan ( auction.adif.az ) “chat” bölməsinə yaza və ya qaynar xətt nömrəsinə (+994555000941) zəng edə bilərsiniz.
<p style="text-align:;" justify;">Avropa Komissiyası avadanlıqların zəmanətli təmir müddətinin 10 ilə qədər artırılmasını təklif edib. 
<p style="text-align:;" justify;">TED.az xəbər verir ki, bu barədə “ArsTechnica” nəşri məlumat yayıb.
<p style="text-align:;" justify;">Belə ki, martın 22-də Avropa Komissiyası smartfonlarla bağlı müvafiq təkliflə çıxış edib. Qanun layihəsi Avropa Parlamenti və Şura tərəfindən təsdiqlənərsə, elektronika istehsalçılarını təmir etməyə məcbur edən uzunmüddətli tələblər qəbul ediləcək. Sənədə əsasən, Avropada satılan avadanlıqlara zəmanət müddətinin beş dəfə - 2 ildən 10 ilədək artırılması gözlənilir. 
Rəsmilərin sözlərinə görə, zəmanətli təmirin vaxtı məhsulun növündən asılı olaraq müəyyən olunacaq. Belə ki, smartfonların zəmanət müddətləri 5 ilə, televizorların 7 ilə, paltaryuyan maşınların 10 ilə qədər artırılacaq. 
<p style="text-align:;" justify;">Avropa Komissiyası bildirib ki, zəmanət xidmətinin artırılması istehlakçıları əlavə xərclərdən xilas edəcək və məişət tullantılarının azaldılmasına kömək edəcək. Ekspertlər hesab edirlər ki, yeni qanun 15 il ərzində tullantıları 3 milyon ton azaldacaq. 
Bakıda “Yer saatı 2023” (Earth Hour 2023) beynəlxalq kampaniyası çərçivəsində iqlim dəyişikliyi əleyhinə kütləvi aksiya keçirilib.
TED.az xəbər verir ki, “Söndür. Planetimizə bir saat ayır” şuarı altında keçirilən aksiya IDEA İctimai Birliyinin və Dünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin (WWF Azerbaijan) birgə təşkilatçılığı, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin dəstəyi ilə baş tutub.
Aksiya iştirakçıları martın 25-də Dədə Qorqud parkında toplaşaraq təntənəli gerisayımla saat 20:30-da ətrafdakı işıqlarının söndürülməsinə müşahidə edib, kampaniyanın simvolu olan “60+” yazısının şamlarla işıqlandırılmasında və kütləvi əyləncə proqramında iştirak ediblər. Yüzlərlə gəncin qoşulduğu “Yer saatı 2023” aksiyası zamanı şən fləşmoblar, məşhur rəqs qruplarının “Yer saatı” konsepsiyasına uyğun rəqsləri, hədiyyəli müsabiqələr, tədbir müddətində fasiləsiz musiqi və digər sürprizlər iştirakçıların böyük marağına səbəb olub.
“Yer saatı” dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində adi bir işiqların kütləvi söndürülməsi aksiyası kimi başlanmış “Yer saatı” kampaniyası dünyanın əksər ölkələrində, minlərlə şəhərlərdə qeyd edilir. Hər il mart ayının son şənbə günündə qeyd olunan "Yer saatı" aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları yerli vaxtla saat 20.30-da bir saatlıq söndürülür.
Beynəlxalq “Yer saatı 2023” kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyi bu il ölkəmizdə keçirilən “Yer saatı” kampaniyasına qoşulan hər kəsə təşəkkür edir, binalarının işıqlarını söndürən bütün qurum və təşkilatlara, o cümlədən Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dənizkənarı Bulvar İdarəsi, Bakı Olimpiya Stadionu, “Baku Crystall Hall”, Milli Gimnastika Arenası, ADA Universiteti, “Alov qüllələri” kompleksi, “Dalğa Plaza”, “Yeni Həyat Şirkətlər Qrupu” MMC, Naxçıvan Dövlət Universiteti THİK, Mingəçevir Gənclər Evi, Paşa Malls və Pasha Property Management-ə dərin minnətdarlığını bildirir.
İqlim dəyişikliyi təhlükəsinin ciddiliyini, ona qarşı mübarizənin isə bəşəriyyət üçün vacibliyini nəzərə alaraq, IDEA İctimai Birliyi hər kəsi bu problemin həllinə töhfə verməyə, enerjiyə qənaət etməklə israfçılığa yol verməməyə, qlobal temperatur artımının 1,5°C-dən aşağı səviyyədə saxlanması hədəfi qarşısında həmrəylik nümayiş etdirməyə çağırır.
<p style="text-align:;" justify;">“Apple” USB-C ilə “AirPods Pro” qulaqlıqlarının xüsusi versiyasını buraxacaq.
<p style="text-align:;" justify;">TED.az “9to5Mac” portalına istinadən xəbər verir ki, yeni simsiz qulaqlıqların USB-C konnektorlu korpusu olacaq. Onların hazırki versiyalarında “Lightning” portu ilə təchiz olunmuş korpuslar var.
<p style="text-align:;" justify;">Məlumata görə, “Apple” bu qulaqlıqları 2023-cü ilin ikinci və ya üçüncü rübündə təqdim edəcək.
<p style="text-align:;" justify;">Qeyd edək ki, Avropa bazarında istehlak elektronikası satan bütün şirkətlər 2024-cü ilin dekabrından qadcetlərini USB-C portu ilə təchiz etməli olacaqlar. Hələ 2022-ci ilin oktyabrında “Apple”ın marketinq üzrə vitse-prezidenti Greg Joswiak şirkətin gələcəkdə USB-C ilə iPhone buraxacağına söz vermişdi. Onun sözlərinə görə, bununla korporasiya Avropa İttifaqının tələbini yerinə yetirəcək.
Türkiyədə ilk rəqəmsal bank fəaliyyətə başlayıb.
TED.azTürkiyə mediasına istinadən xəbər verir ki, qərar Türkiyə Rəsmi Qəzetində dərc olunub.
Yeni qərarla yaradılan “Hayat Finans” Türkiyənin bank və maliyyə sektorunda ilk filialsız rəqəmsal bank hesab olunur. Bankın ilkin kapitalı 78 milyon dollardır.
Yanvar-fevral aylarında informasiya və rabitə müəssisələri tərəfindən 459,3 milyon manatlıq xidmət göstərilib. Onun da 71,2 faizi əhali tərəfindən istehlak olunub.
TED.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,7 faiz çoxdur.
Xidmətlərdən əldə edilən gəlirin 37,8 faizi və ya 173,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.