Türkiyə çempionundan ilk transfer

Türkiyə çempionu "Beşiktaş” ilk transferini reallaşdırıb.

Sport7.az xəbər verir ki, İstanbul təmsilçisi "Alanyaspor”un yarımmüdafiəçisi Salih Uçanı heyətinə qatıb.

Alanya klubu ilə müqavilə müddəti başa çatan Türkiyə millisinin üzvü yeni komandasına azad agent kimi keçib. "Beşiktaş”la 3 illik müqaviləni razılaşdıran 27 yaşlı orta sahə oyunçusunun illik məvacibi 740 min avro təşkil edəcək.

"Bucaspor”un yetirməsi olan Salih Uçan karyerası ərzində "Fənərbaxça”, "Roma” və "Empoli” kimi klubların formasını geyinib.
 
Sport7.az
0
93
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar