Uşaqla keyfiyyətli vaxt üçün

Başınızı işdən ayırıb uşağınıza kifayət qədər vaxt ayıra bilmirsinizsə, keyfiyyətli vaxt keçirməyiniz üçün bəzi tövsiyələrə diqqət yetirin. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hər bir valideyn xoşbəxt və özünə inamlı övlad böyütmək istəyir. Bütün ehtiyaclarını ödəmək üçün yaxşı niyyətli səylər göstərsələr də, hisslərini zaman-zaman görməməzlikdən gələ bilərlər. Uşaqlarınızla birlikdə oynayaraq onları xoşbəxt etmək və gözlərinə baxmaq kifayətdir.

1) Uşağınızla tanış olun

Keyfiyyətli vaxt, birlikdə olmağın ləzzətidir. Buna görə uşağın nədən zövq aldığını bilməlisən. Bunun üçün valideynlər uşağın inkişafı, ehtiyacları, maraqları, oyun, oyuncaq və fəaliyyət üstünlükləri barədə fikrə sahib olmalıdırlar.

2) Hər kəsin xoşuna gəldiyinə əmin olun

Valideynlərin uşaqla vaxt keçirməyi sevmələri vacibdir. Uşaqlar dərhal valideynlərinin hisslərini başa düşürlər. Bu səbəbdən zamanın məzmunu hər kəsin zövq alacağı şəkildə planlaşdırılmalıdır.

3) Doğru vaxtı seçin

Günün hansı vaxtında birlikdə bir şey etməkdən ləzzət almaq hər ailədə fərqli ola bilər. Məsələn, axşam evə gələndə son dərəcə yorğun olan və uşağa vaxt ayırmaqda çətinlik çəkən valideynlər səhər işə getmədən əvvəl vaxtlarını istifadə edə bilərlər.

4) Bunu həyatınızın bir hissəsinə çevirin

Uşağın inkişafına dəstək olacaq fəaliyyətlər təşkil etmək və daxili aləmi haqqında danışması hər yaşda dəyərlidir. Uşaqla keyfiyyətli vaxt keçirmək valideynlər üçün bir vəzifə deyil, həyatları boyunca davamlı hala gələn əlaqə forması olmalıdır.

5) Valideynlərlə keyfiyyətli vaxt keçirmək vacibdir

Uşaqların hər iki valideynlə müsbət münasibətlərə ehtiyacı var. Keyfiyyətli vaxt sərf etmək üçün valideynlər və uşaqların birlikdə olması vacibdir. Lakin şərtlərə görə buna nail olmaq mümkün deyilsə, valideynlər fərdi uşaq üçün lazım olan vaxt ayırmalıdırlar.

6) Uşağın bacarıqlarını artırmaq üçün fəaliyyətlər seçilə bilər

Uşaqla keyfiyyətli vaxt keçirmək üçün yaş və inkişaf xüsusiyyətlərinə görə dəstəkləyici fəaliyyətlər seçilə bilər. Bu şəkildə, valideynlər həm övladları ilə müsbət ünsiyyətlərini qoruyar, həm də onu həyata hazırlayarlar. Məsələn, daha çox göz təması tələb edən və dil inkişafına dəstək verən oyunlar 0-2 yaş dövründə oynana bilər.

7) Keyfiyyət müddətinin məzmunu dəyişə bilər

Birlikdə keçirdiyimiz müddət ərzində ediləcək işlər, şəxsi seçimlərinizə, vaxtınıza və ətraf mühit şərtlərinizə görə dəyişə bilər. Eyni zamanda keyfiyyətli vaxt keçirmək üçün fəaliyyətə ehtiyac yoxdur. Həm də uşaqla söhbət etmək, gündəlik həyatdan danışmaq və ya birlikdə kitab, qəzet oxumaq üçün keyfiyyətli vaxt sərf edə bilərsiniz. Ən başlıcası övladınızla ünsiyyətdir.

8) Keyfiyyətli vaxt keçirmək üçün yeni alternativləri kəşf edin

Anı övladınızla bölüşmək və yanında olmağın ləzzətini almaq üçün bir çox fərqli fəaliyyət kəşf edə bilərsiniz. Misal üçün: övladınızla birlikdə yemək vaxtı planlaşdırın. Evdəki alət və avadanlıqlardan istifadə edərək musiqi alətlərini özünüz edə, sonra övladınızla öz musiqinizi yarada bilərsiniz. Övladınızla seçdiyiniz hekayə kitabını oxuya, sonra hər biriniz hekayədəki obrazı canlandırıb bir oyun səhnələşdirə bilərsiniz.

Ayşən Vəli

0
72
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar