Dörd ayda əsas kapitala 3,7 milyard manat yönəldilib

Bu ilin yanvar-aprel aylarında əsas kapitala 3 milyard 752,8 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,7 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 15,2 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 2 milyard 722,5 milyon manatı və ya 72,5 faizi məhsul istehsalı sahələrinə, 726,3 milyon manatı (19,4 faizi) xidmət sahələrinə, 304 milyon manatı (8,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf edilib.

0
68
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar