Vətənin etibarlı oğlu - VİDEO

O, Şuşanı azadlığa, Azərbaycana qovuşduran qəhrəman hərbçilərimizdən biridir – Etibar Həsənov. Doğmaları, ailəsi, övladları ilə yanaşı, Vətənə də etibarlı oğul oldu. Gədəbəy rayonunun Qarıkənd kəndində anadan olan Etibar 2009-cu ildə hərbi xidmətə yollanıb. Vətənə ilk xidmətini uğurla başa vuraraq qayıtdıqdan sonra ailə qurub. Daha sonra hərbiyə olan marağı onu yenidən ordu sıralarına qaytarıb, müddətdən artıq hərbi qulluqçu kimi fəaliyyətə başlayıb:

Vətən müharibəsin zamanı Füzuli, Şuşa uğrundakı döyüşlərdə şücaətlə vuruşan Etibar Həsənov Şuşanı düşmən əsarətindən qurtarandan 1 gün sonra şəhadətə yüksəldi. Artıq hər il Zəfər günümüzdə xalq onun kimi igid vətən oğullarının da şəhadətini, əbədi qalibiyyətini qeyd edəcək.

Vətən yolunda canını fəda edən Etibar Həsənov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. İndi Etibarın arzuları vətənə əmanət etdiyi iki övladı ilə boy atır.

0
166
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar