“Azərbaycan rəqslərinin əsasları” adlı seminar Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Rəqs Ansamblının eks aparıcı solisti, Bakı Xoreoqrafiya Akademiyasının baş müəllimi Eteri Cəfərova tərəfindən təşkil olunub.
Azərbaycanın rəqs sənətinin tarixində ilk dəfə olaraq milli rəqslərimizə aid seminar Moskva Dövlət Xoreoqrafiya Akademiyasında keçirilib.
Beynəlxalq Xoreoqrafiya Akademiyasının fəxri akademiki, hal-hazırda Moskva Dövlət Xoreorafiya Akademiyasının assitent-stajoru olan Eteri Cəfərova seminar zamanı akademiyanın müəllim və tələbələrinə Azərbaycanın musiqi tarixi barədə ətraflı məlumat verib. Üzeyir Hacıbəyli, Bülbül, maestro Niyazi, Qılman Salahov kimi dahi musiqiçilərin Azərbaycanın musiqi tarixinə verdiyi töhvələrdən danışıb.
E. Cəfərova “Azərbaycanın səhnə rəqslərinin əsasını qoyanlar” («Основоположники Азербайджанского народно-сценического танца») adlı məruzə ilə çıxış edib. Təqdimat formasında olan məruzədə Azərbaycanın milli rəqs sənətinin görkəmli nümayəndələri barədə ətraflı məlumat seminar iştirakçılarının diqqətinə çatdırılıb. Şərqdə və Azərbaycanda ilk balerina, görkəmli xoreoqraf Qəmər Almaszadə, Əminə Dilbazi, Roza Cəlilova, Leyla Vəkilova, Afaq Məlikova və digər tanınmış rəqqas və xoreoqraflarımız və onların yaradıcılığı barədə danışıb. Azərbaycanın milli rəqsləri olan “yallı”, “nəlbəki”, “toy rəqsi”, “sarı gəlin” və digərləri barədə seminar iştikarçılarına tarixi və müasir kadrlardan ibarət videomateriallar Eteri Cəfərovanın şərhi ilə nümayiş olunub.
Daha sonra seminarın praktiki hissəsi keçirilib. Əməkdar artist Eteri Cəfərova akademiyanın tələbələrinə Azərbaycan rəqsləri barədə ustad dərsi keçib, Azərbaycan rəqslərinin metodikası barədə danışıb. Rusiyalı gənc rəqqaslar Eteri Cəfərovanın rəhbərliyi ilə Azərbaycanın milli rəqslərini ifa ediblər.
Akademiyanın xalq səhnə kafedrasının müdiri, professor, Rusiyanın əməkdar incəsənət xadimi İnqa Voronina Eteri Cəfərovanın apardığı seminarda iştirak etməkdən məmununluq hissi keçirdiyini bildirib: “Biz Qafqazın milli rəqslərini çox sevirik. Azərbaycanın milli rəqsləri bizə çox maraqlı gəldi. Bilirsiz bütün master-klasslar, seminarlar o zaman möhtəşəm olur ki, onu keçənlər öz işinin professionalı olurlar. Eteri Cəfərova öz peşəsinin professionalıdır, möhtəşəm rəqqasdır. Bizim akademiya üçün, tələbələrimiz üçün bu seminar, ustad dərsi çox vacibdir”.
Akademiyanın baş müəllimi, sənətşünaslıq elmləri namizədi Tatyana Paşkova Eteri Cəfərovanın yüksək ixtisaslı mütəxəssis, əsl professional olduğunu söyləyib: “Eteri Cəfərova bizim akademiyada təhsil aldığı müddətdə həm pedaqoq, həm xoreoqraf-baletmeyster, həm də repetitor kimi üç rəqs səhnələşdirib. Bizim tələbələrimiz ondan çox şeylər öyrənir, mənimsəyir. Deyə bilərəm ki, Eteri Cəfərova tələbələrimizi Azərbaycanın xalq rəqslərinin gözəlliyi və poeziyası ilə cəlb edə bilib. Bir sözlə, o ustaddır”.
Akademiyanın baletşünaslıq kafedrasının professoru Nina Litvar Eteri Cəfərovanın təhsilə açıq olduğunu bildirib. Onun sözlərinə görə, E. Cəfərovanın Azərbaycanın milli rəqsləri və mədəniyyəti barədə yazacağı dissertasiya işi həm Azərbaycan, həm də Rusiya ali təhsili üçün faydalı olacaq".
Visiontv.az
Visiontv.az Apa - ya əsasən xəbər verir ki, görüşün yekununda Putin və Si Cinpin iki birgə sənəd imzalayıblar.
Bunlar iqtisadi əməkdaşlıq planları haqqında və tərəfdaşlığın dərinləşdirilməsi planları haqqında bəyanatlardır.
Rusiya Prezidenti Vladimir Putin deyib ki, Si Cinpini Rusiyada qəbul etməkdən çox şadıq.
O, çinli həmkarı ilə danışıqların uğurlu və konstruktiv keçdiyini söyləyib.
Dansila, 1996-cı ildə Teleorman qraflığında partiya təşkilatının bir hissəsi olaraq Sosial Demokrat Partiyasının üzvü olub. Bu illər ərzində o, həm partiyada həm də yerli administrasiyada bir neçə vəzifə tutub.
O, 2009-cu ilə qədər, Avropa Parlamenti deputatı seçilənə qədər yerli şura və mahal müşaviri olub. O, həmçinin yerli təşkilatın prezidenti, PSD Teleormanın vitse-prezidenti və OFSD Teleormanın prezidenti kimi partiyada bir sıra rəhbər vəzifələrdə çalışıb. 2022-ci ildə o, PSD-dən istefa verib. Sonra yeni qurulan Nation People Together partiyasına qoşulub və onun prezidenti olub. Siyasətə gəlməzdən əvvəl Dansila mühəndis , ondan əvvəl isə Videle Sənaye Liseyində müəllim idi.
O, 16 dekabr 1963-cü ildə Teleorman qraflığının Roşiorii de Vede şəhərində anadan olub . 1988-ci ildə Ployeştidə Neft və Qaz İnstitutunun Quyuların qazılması və karbohidrogen yataqlarının istismarı fakültəsini bitirib. 2006-cı ildə Dansila Buxarestdəki Milli Siyasi və İnzibati Araşdırmalar Məktəbində Avropa İctimai Məkanı üzrə magistr dərəcəsi alıb.
Bünyamin Bünyadzadə
Visiontv.az
Visiontv.az APA-ya əsasən xəbər verir ki, bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.
Bu xüsusda dövlətimizin başçısı Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb.
Visiontv.az Apa - ya istinadən bildirir ki, fətvada deyilir:
“Bismillahir-rəhmanir-rəhim!
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan - orucluq ayının başlanması münasibəti ilə dünya və ölkə müsəlmanlarına təbriklərini ünvanlayır, bu müqəddəs ayda vacib ibadətlərimizin Allah dərgahında qəbula yetməsi üçün dualar edir. Ramazanın fəzilətləri barədə müqəddəs Kitabımız Qurani-Kərimdə Uca Rəbbimiz buyurur:
“Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun..” (Bəqərə, 185).
Aləmlərə rəhmət, möminlərə mərhəmət olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazanda müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən raz-niyaz edirik!
Qazılar Şurası bu ilki Ramazan Fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 32/201(Ş) saylı 14.12.2022 tarixli cavab məktubuna görə, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 23-nə təsadüf edəcəkdir, inşallah!
Möhtərəm qardaş və bacılar! On bir ayın sultanı olan Ramazani-şərif duaların qəbul olunduğu aylardandır. Şükürlər olsun ki, Qarabağ Fatehi kimi tarixi ad qazanan Prezidentimizin fədakar səyləri və müdrik siyasəti sayəsində biz Ramazanı qalib xalq, böyük Zəfər niyyətinə yetişmiş millət kimi qarşılayırıq. Mübarək ayın verdiyi bu fürsətdən istifadə edərək əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin olunması, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir həyat şəraitinin qurulması, vandalizmə məruz qalmış dini məbədlərin, məscidlərin bərpa edilməsi istiqamətində fövqəladə zəhmətlərinə görə dövlət başçımız, Zati-aliləri, cənab Prezident İlham Əliyevə, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı diləyirik.
Mənəviyyat və əxlaqın zənginləşməsinə vəsilə olan oruc ibadəti insanın daxili saflığına, pis vərdişlərdən uzaq durmasına, Allah yolunda xeyirxah işlər görməsinə, fiziki və mənəvi cəhətdən sağlam olmasına səbəb olur. Orucluq ibadəti sosial yardımlaşmanı artıran, mənəvi dəyanəti gücləndirən İlahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savabdır. Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib etmişdir. Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilmişdır. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrindən məhz QMİ-nin təqviminə istinad etmələri xahiş olunur. İnşallah, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Eydül-Fitr – Ramazan bayramının tarixi barədə əlahiddə məlumat verəcəkdir.
Bu mübarək Ramazan ərəfəsində dua edirik ki, Qadir Allah doğma Azərbaycanımızı, dövlətçiliyimizin təminatı olan müdrik ölkə başçımızı, müzəffər ordumuzu və əziz xalqımızı qorusun, bütün bəlalardan hifz etsin, rifah və tərəqqimizə rəvac versin! Allah oruc və namazlarımızı qəbul etsin, bizləri məğfirət və mərhəmətinə nail olan bəndələrindən qərar versin. Amin!
Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh!”.
Visiontv.az Apa - ya əsasən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken deyib.
Dövlətimizin başçısı Münxendə keçirilmiş görüşün davamı olaraq Azərbaycanın Qarabağdan olan erməni sakinlərlə təmaslara hazır olduğunu və bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün onların Bakıya dəvət edildiyini də xatırladıb.
Mudanya barışığı türk хаlqının Аntаntа dövlətlərinin təcаvüzünə qаrşı milli аzаdlıq mühаribəsinin uğurlа bаşа çаtdığı və türk оrdusunun İstаnbulа və Frаkiyаyа həlledici hücumа hаzırlаşdığı bir şərаitdə bаğlаnmışdı. İlk əvvəl dаnışıqlаrın üç günə bаşа çаtаcаğı gözlənilirdi. Lаkin Mudаnyаdа аpаrılаn dаnışıqlаr оktyаbrın 3-dən 10-dək dаvаm еtmiş, bəzən isə kəsilmək təhlükəsi qаrşısın dа qаlmışdı (həttа bir dəfə Аntаntа nümаyəndələri Türkiyənin Frаkiyаnı bir аy ərzində bоşаldаrаq türklərə qаytаrmаq tələbini öz hökumətləri ilə rаzılаşdırmаq üçün Mudаnyаnı tərk еtmiş, İsmət pаşа isə türk оrdusunа İstаnbul və Frаkiyа üzərinə irəliləmək əmri vеrmişdi). Mudanya barışığınа görə yunаn qоşunlаrı Mаritsа çаyınа qədər şərqi Frаkiyаnı (Ədirnə şəhəri də dахil оlmаqlа) bоşаldıb türklərin iхtiyаrınа vеrməli, Mаritsаnın sаğ sаhili (Qаrааğаc dа dахil оlmаqlа) isə sülh müqаviləsi bаğlаnаnа qədər müttəfiqlərin iхtiyаrındа qаlmаlı idi. Mudanya barışığındа Türkiyə tərəfi güzəştə gеdərək, “qаrşıdаkı sülh kоnfrаnsının qəti qərаrınаdək İstаnbul və Bоğаzlаr zоnаsınа” qoşun yеritməmək bаrədə təəhhüd götürmüşdü.
Mudanya barışığı türk хаlqının yаdеlli işğаlçılаrа qаrşı mübаrizədə qаzаndığı böyük qələbənin bеynəlхаlq səviyyədə ilkin оlаrаq tаnınmаsı və təsdiqi idi. Mudanya barışığını imzаlаmаqlа Аntаntа dövlətləri həm də TBMM hökumətini ölkənin yеgаnə qаnuni hökuməti kimi tаnıdılаr.
Mudanya barışığı Lоzаnnа sülh müqаviləsi bаğlаnаnа qədər qüvvədə оlub.
Bünyamin Bünyadzadə
Visiontv.az
Visiontv.az Apa- ya istinadən bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunub. Dövlətimizin başçısı qeyd edib ki, ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4700-dən artıq nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidi təmin olunub. Buna görə də bu yolun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır.
Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur. Bu xüsusda dövlətimizin başçısı Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb.
Prezident İlham Əliyev son həftələr ərzində Ermənistan tərəfinin Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürütdüyünü, Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən atəşkəsin intensiv şəkildə pozulması hallarının müşahidə olunduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti bu xüsusda 2023-cü il martın 5-də qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində 2 hərbi qulluqçumuzun şəhid olmasını və Novruz bayramı günü - martın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistanın növbəti təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralandığını qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır və son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib.
Dövlətimizin başçısı bildirib ki, ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirir.
Dövlət katibi Antoni Blinken bir daha vurğulayıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək.
Dövlətimizin başçısı Münxendə keçirilmiş görüşün davamı olaraq Azərbaycanın Qarabağdan olan erməni sakinlərlə təmaslara hazır olduğunu və bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün onların Bakıya dəvət edildiyini də xatırladıb.
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi tərəfindən nəzərdə tutulmuş layihə üzrə kəndin küçə və daşıyıcı qaz xətlərinin çəkilişi üçün ümumilikdə 18 km uzunluğunda qaz xətti çəkilib. İşlər artıq yekunlaşmaq üzrədir. Hal-hazırda boyama və betonlanma işləri həyata keçirilir.
Daha ətraflı video materialda:
https://youtu.be/3fp4SRL90Xs
Visiontv.az
Visiontv.az Axar.az - a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Paşinyanın İranın dini lideri Ayətullah Əli Xameneiyə Novruz bayramı münasibətilə təbrik məktubunda deyilir.
"Ümid edirəm ki, yaxın gələcəkdə ikitərəfli gündəliyi əhəmiyyətli dərəcədə genişləndirə biləcəyik və bu, iki ölkə xalqının rifahı naminə münasibətlərin dərinləşməsi üçün mühüm stimul olacaq", - məktubda qeyd olunub.
Paşinyan İran Prezidenti Rəisiyə ünvanladığı təbrikdə isə Ermənistan və İran arasında əlaqələrin zəngin tarixi çoxşaxəli əməkdaşlıq üçün möhkəm təməl rolunu oynadığını vurğulayıb:
"Əminəm ki, mövcud qarşılıqlı fəaliyyət kursunun davam etdirilməsi ilə tərəflər müxtəlif sahələrdə birgə işlərə yeni təkan verə biləcəklər".
Visiontv.az Azərtaca istinadən xəbər verir ki, Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında quraşdırılmış səhnədə Azərbaycanın Xalq artisti Röya Ayxan repertuarından köhnə və yeni mahnıları ifa edir. Röyadan əvvəl isə müğənnilər Hiss, Nuri Serinlendirici & Jane Shirokih çıxış ediblər. Onların ifaları aksiya iştirakçılarında və səhnə ətrafındakı insanlarda bayram əhvali-ruhiyyəsi yaradıb.
Visiontv.az Apa - ya istinadən bildirir ki, Fumio Kişida Kiyevə gəlib.
Sosial şəbəkələrdə Yaponiyanın Baş nazirinin Kiyevdə dəmir yolu vağzalında fotosu yayılıb.
Yaponiyanın Baş naziri Fumio Kişida Ukraynaya səfər edib. Yaponiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Fumio Kişidanın Ukraynaya səfər etdiyini təsdiqləyib.
Səfərin detalları barədə məlumat verilməyib.
Bundan əvvəl NHK telekanalı Baş nazirin Polşa-Ukrayna sərhədində Pşemısl dəmir yolu vağzalında qatara əyləşməsinə dair gönüntü yayıb. Yerli vaxtla saat 01.30 radələrində qatarla Kiyevə yola düşən Fumio Kisidanın 10 saat sonra Kiyevə çatacağı və Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcəyi gözlənilir.
Bu, Ukraynada müharibə başlayandan sonra Yaponiya Baş nazirinin bu ölkəyə ilk səfəridir.
Visiontv.az Apa - ya əsasən bildirir ki,Hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyası (MHP) Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Müraciətləri qəbul olunan namizədlərin adı bu gün yerli vaxtla saat 20:00-da elan olunacaq.
Qeyd edək ki, Türkiyədə Prezident və millət vəkili seçkiləri 14 mayda keçiriləcək.
Visiontv.az Azərtaca əsasən xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov “France 24” telekanalına müsahibəsində deyib.
“Azərbaycan Ermənistana beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan sülh sazişi imzalamağı təklif edib. Bu prinsiplərdən birinə ərazi bütövlüyünə, suverenliyə və bir-birinin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət daxildir. Ermənistan hakimiyyəti bir neçə aydır ki, KİV-lərin və diasporun imkanları vasitəsilə müxtəlif bəhanələrə əl ataraq beynəlxalq ictimaiyyəti çaşdırır və destruktiv mövqe nümayiş etdirərək sülh prosesinə mane olur”, - deyə E.Əmirbəyov qeyd edib.
O vurğulayıb ki, Azərbaycan sülhün alternativinin olmadığını düşünür. Gec-tez bu iki xalq düşmənçilik səhifəsini çevirməli və beynəlxalq hüquqa hörmət əsasında normal və yaxşı münasibətlər qurmağa çalışmalıdır. Ermənistan üçün belə bəhanələrdən biri isə Laçın yolundakı vəziyyətdir.
E.Əmirbəyov “blokada” sözünün istifadə edilməsi ilə razılaşmadığını qeyd edib: “Laçın yolu Azərbaycan tərəfindən bağlanmayıb. Bu yol Ermənistanın 10 min erməni əsgərinin hələ də yerləşdiyi suveren Azərbaycan ərazisində hərbi potensialının gücləndirilməsi məqsədilə Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz silahların, piyada əleyhinə minaların və hərbi personalın daşınması üçün istifadə olunub”.
E.Əmirbəyov deyib ki, bu yolda aksiyaya başlamaq üçün son damla Laçın yolu ilə Azərbaycanın faydalı qazıntılarının və təbii sərvətlərinin sonradan ixrac üçün Ermənistana daha intensiv şəkildə daşınması olub:
“Üçtərəfli bəyanata əsasən, Laçın yolu yalnız humanitar məqsədlər üçün istifadə olunmalıdır”.
O, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bu yolda fəaliyyət göstərən yeganə beynəlxalq təşkilat olduğunu əlavə edib: “BQXK Azərbaycan tərəfi ilə sıx əlaqə saxlayır”.
Birinci vitse-prezidentin köməkçisi bildirib ki, Azərbaycan Laçın yolundan qeyri-qanuni məqsədlərdə istifadənin qarşısının alınması üçün hərəkətin şəffaflığının təmin edilməsini tələb edir.
E.Əmirbəyov əlavə edib ki, Azərbaycan fikir ayrılıqlarının aradan qaldırılması və nəhayət sülh sazişinin imzalanması üçün istənilən vasitəçiliyi alqışlamağa hazırdır: “Ermənistanı danışıqlar masasına qayıtmağa, beynəlxalq ictimai rəyi manipulyasiya etməməyə çağırırıq”.
Erotik elementlərlə müşahidə olunan rəqsin video-görüntüləri qıza müddətdə sosial şəbəkələrdə geniş yayılıb. İran molları başı örtüksüz, göbəyi açıq bu xanımları həbs edib. Xanımlar da kimi kameralar qarşısına çıxaraq öz hərəkətlərindən peşman olduqların bildiriblər, başlarını örtərək üzrxahlıq ediblər. Azərbaycanda da dəfələrlə zorla əldə olunmuş bu tipli "etiraflar" nümayiş etdirilib...
"Calm Down" mahnısı ifaçısı Reman iranlı gənc xanımlara dəstək anlamında Twitter-də yazıb: “Daha yaxşı bir dünya üçün mübarizə aparan bütün gözəl qadınlar, mən sizdən ilham alıram, sizin üçün mahnı oxuyuram və sizinlə birlikdə xəyal edirəm”...
Elbəyi Həsənli
Visiontv.az
“Biz küçələrimizi və məhəllələrimizi sahiblərinə geri verməliyik. Ancaq millətimizə irqçilik damğası vurulmasın deyə bunu həssaslıqla etməliyik. Biz bunun üzərində işləyirik”.
“Bizim üçün məsələ çox sadədir: sərhəd təhlükəsizliyi milli təhlükəsizlikdir. Sərhəd təhlükəsizliyi suveren bir dövlətin ən əsas və zəruri məsuliyyətidir. Sərhədlərini qoruya bilməyənlər suveren ola bilməz”, - deyə cənab Kılıçdaroğlu bildirib.
O, əlavə edib: “Qısaca desək, iki ildən sonra suriyalı qonaqlarımızla vidalaşacağıq. Prezidentliyimin ilk həftəsində sərhədi hər cür qanunsuz keçidlərə bağlayacağam”.
Britaniyanın "The Telegraph" qəzeti yazır ki, Kamal Kılıçdaroğlu əldə edə biləcəyi səslərin hər birinə diqqət ayırır. Mühacir məsələsi də Türkiyədə çox narahatlıq doğurur. Kamal Kılıçdaroğlu bunu nəzərə alaraq millətçi kəsimdən də səs qoparmağa çalışır.
Məqalədə deyilir ki, sorğulara əsasən hazırda 74 yaşlı Kamal Kılıçdaroğlu 69 yaşlı Rəcəb Tayyip Ərdoğanı 12 faiz səslə (56%-44%) qabaqlayır.
Britaniya nəşri bildirir ki, 85 milyon nüfuzu olan Türkiyədə qeydiyyatdan keçmiş 3.6 milyon Suriyalı mühacir yaşayır. İrandan və İran üzərindən gələn mühacirlərin sayı isə 320 min nəfərdir...
Elbəyi Həsənli
Visiontv.az
Visiontv.az Apa - ya istinadən xəbər verir ki, bayram tədbirində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edib.
Hökumət başçısı etno guşənin, əl işlərinin sərgisinin təşkil edildiyi məkana da baş çəkib. Daha sonra Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay ilə birlikdə Novruz tonqalı alovlandırılıb.
Baş nazir İrakli Qaribaşvili Gürcüstan azərbaycanlılarını Novruz bayramı münasibətilə təbrik edib:
"Əziz etnik azərbaycanlı həmvətənlərimizi, qardaşlarımızı, qardaş Azərbaycan və Türkiyəni, dünyanın hər yerində Novruz bayramını qeyd edənləri təbrik edirəm. Bu gün münasibətilə vətəndaşlarımıza əmin-amanlıq, firavanlıq, ruzi-bərəkət, xalqımıza daha çox sevinc, sabitlik və firavanlıq arzulayıram. Mən Azərbaycanlı həmvətənlərimizə, zəhmətkeş və ziyalı insanlara böyük hörmət və məhəbbətimi ifadə etmək istəyirəm və bir daha qeyd etmək istəyirəm ki, bu gün sülh, firavanlıq, sevinc günüdür. Xalqımızın bu gün birliyə və bərabərliyə ehtiyacı var”, - deyə Qaribaşvili bildirib.
Sirr deyil ki, bu məsələ ailələrdə ciddi-söz söhbətə səbəb olur. Xüsusən ailənin kişiləri gənc xanımları bundan çəkindirməyə çalışırlar. Hədə-qorxu və təhdidlə müşahidə olunan qırğınlar da olur. Hətta bu işə görə qətllər də törədilir...
Dünyanın əfsanəvi boksçusu Məhəmməd Əli də oxşar problem yaşayıb. Belə ki, onun qızları da olduqca açıq-saçıq paltar geyinməyə üstünlük verib.
Qızlarından biri bu məsələ ilə bağlı xatirələrində belə bir əhvalatdan bəhs edir.
“Səyahətdən geri döndük. Uzun yolçuluqdan sonra nəhayət evə çatanda sürücü kiçik bacım Leylanı və məni atamın otağına qədər müşayiət etdi. Atam həmişəki kimi qapının arxasında gizlənib bizi qorxutmaq üçün gizlənmişdi. Biz atamızla uzun-uzadı qucaqlaşıb öpüşdük.
Atam bizim geyimimizə diqqətlə baxdı. Sonra məni dizinin üstündə oturtdu və heç vaxt unuda bilməyəcəyim anlar yaşadım. O, düz gözlərimin içinə baxdı və dedi: “Allahın dünyada dəyərli yaratdığı hər şey örtülüdür və onlara sahib olmaq çox çətindir.
Brilyantları haradan tapırıq? Yerin dərinliyindən, orada gizlənib qalır və qorunurlar.
İnciləri haradan tapırıq? Onlar da okeanın dibində, örtülmüş və gözəl bir qabıqla qorunurlar.
Qızılı haradan tapırıq? Mədənin içinə enirik. Lay və qaya təbəqələri ilə örtülmüş yerdən qızıl çıxır. Yerin dərinliyindəki qızıla çatmaq üçün çox çalışmalısan.
Sonra qətiyyətli gözləri ilə mənə baxdı: “Sizin vücudunuz müqəddəsdir. Siz brilyant və mirvarilərdən çox qiymətlisiniz və siz də əlçatmaz olmalısız”...
Boksçu deyib, keçməyin. Heç antik yunan filosofları da belə qızıl xırdalamayıb...
Elbəyi Həsənli
Visiontv.az
Visiontv.az Axar.az - a əsasən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, Sison bir neçə ölkəyə səfəri çərçivəsində martın 29-da Bakıya gələcək.
Sison davamlı inkişaf və transmilli problemlər, o cümlədən iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal sağlamlıq təhlükəsizliyi üzrə çoxtərəfli əməkdaşlığı müzakirə edəcək.
Visiontv.az Axar.az- a əsasən xəbər verir ki, bu barədə Klaar Tvitter səhifəsində paylaşıb.
"Bu gün Brüsseldə Çavuşoğlu ilə görüşmək mənim üçün böyük şərəfdir", - o bildirib.
İşgüzar dünyanın ən nüfuzlu nəşri olan “The Financial Times” da bu məsələyə münasibət bildirib. “The real meaning of Xi’s visit to Putin” (Cinpinin Putini ziyarətinin əsl mənası) (görüş bu gün olacaq) adlanan yazıda deyilir ki, Ukraynaya dair sülh planından danışılması Çin və Rusiya arasında əlaqələrin daha da yaxınlaşmasına kölgə salacaq...
GIDEON RACHMAN-ın şərhi kimi təqdim olunan yazıda deyilir: “Beynəlxalq vəziyyət indi yeni dönüş nöqtəsinə çatıb. Bu gün dünyada iki külək var, şərq küləyi və qərb küləyi. . . İnanıram ki, şərq küləyi qərb küləyi üzərində üstünlük qazanacaq”.
Bu şərh Si Cinpin-in bu həftə Moskvaya səfəri zamanı söyləmək niyyətində olduğu fikir kimi oxuya bilərik. Əslində, onlar başqa bir Çin lideri Mao Zedunun 1957-ci ildə Moskvaya səfəri zamanı etdiyi çıxışda səslənib.
Maonu təkrarlayaraq Si Cinpin tez-tez iddia edir: "Şərq yüksəlir, qərb isə kiçilir". Si Cinpin Mao və Putin kimi, Rusiya və Çinin qərb gücünün tənəzzülünü sürətləndirməkdə maraqlı olduqlarına inanır. İki həftə əvvəl Çin lideri ABŞ-ı Çinə qarşı “mühasirəyə cəlb etmək, mühasirəyə almaq və sıxışdırmaq” siyasəti yürütməkdə ittiham etmişdi.
Rusiya və Çin liderləri də nüvə müharibəsi qorxusu fonunda yenidən görüşür. 1957-ci ildə Moskvada Mao öz dinləyicilərini nüvə münaqişəsinin müsbət tərəflərini nəzərdən keçirməyə çağırdı: “Əgər ən pisin pisi baş versəydi və bəşəriyyətin yarısı ölsəydi, qalan yarısı imperializmin yerlə-yeksan edildiyi sosialist dünyasında yaşayardı”. Hətta sovet auditoriyası üçün də bu, sarsıdıcı bir fikir idi.
Prezident Si Cinpin Maonun əksinə olaraq Moskvada özünü sülh tərəfdarı kimi təqdim edəcək. O, əsl diplomatik nailiyyətin - Çinin vasitəçiliyi ilə İran və Səudiyyə Ərəbistanı arasında yaxınlaşmanın parıltısından zövq alaraq Rusiyaya gəlib. Çin də bu yaxınlarda Ukraynadakı müharibəni həll etmək üçün 12 bəndlik sülh planı irəli sürüb. Ola bilsin ki, Si Moskvada olarkən dərhal atəşkəs təklifi etsin. Çin lideri Vladimir Putinlə görüşdən sonra çox güman ki, Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edəcək.
Zelenski şübhəsiz ki, bu çağırışı qəbul edəcək. Si Cinpin-nin Putin üzərində böyük təsir rıçaqları var; Zelenski bu məqamdan istifadə etməyə üstünlük verəcək.
Lakin Zelenski və Ukraynanı dəstəkləyən qərb koalisiyası da Çinin sülh təkliflərinə şübhə ilə yanaşacaq. Reallıq ondan ibarətdir ki, Si Cinpin -nin Ukrayna müharibəsinin sona çatması üçün vasitəçilik etmək iradəsi və ya gücü çox azdır.
Səudiyyə Ərəbistanı və İrandan fərqli olaraq Çin razılığa gəlməyə hazır olan iki tərəf arasında vasitəçilik etmir. Pekin də bu münaqişədə neytral oyunçu deyil. Çin BMT-də Rusiyanın Ukraynaya təcavüzünü pisləyən səsvermədə bitərəf olsa da, münaqişəni təsvir etmək üçün ardıcıl olaraq rus terminologiyasından istifadə edir.
Çinin xarici işlər naziri Qin Qanq bu yaxınlarda Rusiya və Çin arasındakı münasibətləri dünya işlərində “hərəkətverici qüvvə” kimi qiymətləndirib. Çinlilərin Beynəlxalq Cinayət Məhkəməsinin Putinə qarşı ittihamını rədd edəcəyinə də inanmaq olar.
Hazırkı Çin “sülh planı”nda Rusiyanın işğal olunmuş Ukrayna torpaqlarından çıxarılması barədə heç nə demir. Əgər Si Cinpin müharibədə atəşkəs təklif edərsə, ruslar təhlükəsiz şəkildə bu təklifə həvəs göstərə bilər - Ukraynanın torpaqları işğal olunduğu halda bu ideyadan imtina edəcəyini bilərək. Atəşkəs elan olunsa belə Rusiya keçmişdə olduğu kimi həmişə onu poza bilər.
Bununla belə, Si Cinpin üçün Çini praqmatik sülhməramlı kimi təqdim etmək faydalıdır - hər şeydən əvvəl ticarət və ortaq rifahda maraqlıdır. Amerika, əksinə, Çini dünyanı dostlara və düşmənlərə bölən və öz hegemonluğunu qoruyub saxlayan bir ideoloji savaşçı qismində qəbul edir. Bu düşüncə Çinə “qlobal cənubda” fikir uğrunda mübarizədə kömək edir və amerikalıları narahat edir.
Lakin sülh söhbətinin arxasında Si Cinpin -Putin sammitinin mahiyyəti əks istiqamətə yönələcək – çünki bu, işğalçı müharibə aparan Rusiyaya Çinin dəstəyini artıracaq. Rusiyanın aparıcı Çin müşahidəçilərindən biri, hazırda mühacirətdə olan Aleksandr Qabuev belə şərh edir: “Səhv etməyin: səfər Rusiya ilə Pekinə fayda verən əlaqələri dərinləşdirməkdən ibarət olacaq, heç bir real sülh vasitəçiliyindən söhbət gedə bilməz”.
Əsas sual, Si Cinpin-nin Çin üçün faydalı hesab etdiyi əlaqələr olacaq. İqtisadi hissə asandır. Qərb Rusiya enerjisindən imtina etdiyi üçün Çin neft və qazı aşağı qiymətlərlə ala bilir. Putin və Si Cinpin çox güman ki, ölkələri arasında daha bir qaz kəməri üzərində işləri sürətləndirmək barədə razılığa gələcəklər. Rusiyaya artıq qərbdən ala bilmədiyi mallarla, xüsusən də yarımkeçiricilərlə təmin etmək Pekin üçün sərfəli addımdır – baxmayaraq ki, bəzi Çin firmaları qərbin sanksiyalarından ehtiyatlanacaqlar. Rusiya və Çin liderləri də çox güman ki, dolların qlobal valyuta kimi alternativlərini təşviq etmək səylərini davam etdirəcəklər.
Həqiqətən həssas sual Putinin Çin silahları, xüsusən də Rusiyanın müharibə səylərini sarsıdan çatışmazlıqları aradan qaldırmaq üçün artilleriya mərmiləri və raketlər tələbləri olacaq. ABŞ keçən ay xəbərdarlıq etmişdi ki, Çin bu addımı atmağı düşünür. Putin və Si Cinpin-in razılaşdığı bir çox şey çox güman ki, sirr olaraq qalacaq.
Həmçinin Rusiya ilə Çin arasında hər hansı bir gərginlik də nəzərdən kənarda qalacaq. Bəzi amerikalı strateqlər ümid edirlər ki, bir gün onlar 1970-ci illərdə ABŞ-Çin yaxınlaşmasına səbəb olan ikinci Moskva-Pekin parçalanmasına nail ola biləcəklər. Lakin bu, hazırda Ukrayna ilə bağlı uğurlu Çin sülh təşəbbüsündən daha uzaq görünür.
Si Cinpin və Putinin Moskvada birgə şəkilləri aydın mesaj verəcək. Rusiya və Çin Amerika və onun müttəfiqlərinə qarşı birgə düşmənçilikləri ilə əlaqəli yaxın tərəfdaşlar olaraq qalırlar.
P.S "Reuters" isə yazır ki, Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarından cəmi 3 gün sonra ilk olaraq Çin prezidenti Vladimir Putinin əlini sıxacaq. Rəsmi Pekin bir daha Rusiya ilə həmrəyliyini nümayiş etdirəcək.
Elbəyi Həsənli
Visiontv.az