Övlad haqqında aforizmlər

Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir. -Demokrit
Övlad bir cövhər, ata-ana isə o cövhərə şəkil verən zərgər kimidir. Əsəri dəyərli edən zərgərin bilik və bacarıqlarıdır. -
Dünya bir evdirsə, övlad işıqdır, Oğul arxadırsa , qız yaraşıqdır. - Səməd Vurğun
Uşaq xəyalların,arzuların ümid tumurcuğu,ailə qalasının misilsiz sevinc qaynağı,cənnətin qoxusunu dünyada yayan yeganə gül,millətin övladı və ilahi əmanətdir. - Füyuzat jurnalı
Atanın fəzilətləri, uşaqların sərvətidir. - Anatol Frans
İlk vaxtlar ana tərbiyəsi çox vacibdir çünki, əxlaq uşaqda bir hiss kimi həkk olunmalıdır
- Georq Vilhelm Fridrix Hegel.
Tərbiyə ana qucağından başlar.
Körpəyə söylənən hər kəlmə, onun şəxsiyyət
binasına qoyulan bir kərpicdir.
- Namiq Kamal
Yaxşı örnək uşaq üçün ən yaxşı tərbiyədir.
Dayça at olanda at rahatlayır, uşaq adam olanda ata rahatlayır.
- Mahmud Kaşğarlı

Ata olduqdan sonra görəcəksiniz ki, öz xoşbəxtliyinizdən çox, uşağınızın xoşbəxtliyi ilə xoşbəxt ola bilərsiniz. -Onore de Balzak
Bir atanın uşaqlarına edə biləcəyi ən böyük yaxşılıq onların analarını sevməkdir. - T.Hesburq
Allah-təala övladlarınız arasında, hətta onları öpərkən belə ədalətə riayət etməyinizi sevir.
- Məhəmməd Peyğəmbər

Ata-ananın övlada məhəbbəti sövq-təbii, övladların ata-anaya məhəbbəti isə şüurludur.- Nəsirəddin Tusi
Atalarınızla yaxşı rəfdar edin ki, uşaqlarınız da sizinlə yaxşı rəfdar etsin.
Hər bir ata istəyir ki, onun edə bilmədiklərini oğlu həyata keçirsin. -Yohann Volfqanq Höte
Uşağın tərbiyəsinə onu tanımaqla başlamalıyıq. - Jan Jak Russo
Kiçik uşaqların dərdini kiçik görməməli.- Əbülqasım Firdovsi

0
232
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar