Volodimir Zelenski azərbaycanlıların dövlət orden və medalları ilə təltif edilməsi barədə sərəncam imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlıların dövlət orden və medalları ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

AZƏRTAC Ukrayna Prezidenti Ofisinin saytına istinadla xəbər verir ki, sərəncama əsasən Ukraynanın Şamaxıda Fəxri konsulu Qasımov Mehralı Süleyman oğlu və Azərbaycanda “Ukrayna Ticarət Evi”nin Baş direktoru Məhərrəmzadə Əlibala Səttar oğlu III dərəcəli “Xidmətə görə” ("За заслуги") ordeni, Bakı Slavyan Universitetində Ukrayna mədəni-maarif mərkəzinin direktoru Kərimova Lesya Volodimir qızı isə “Əmək və qələbəyə görə” ("За працю і звитягу") medalı ilə təltif edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Mənbə:
0
85
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar