Xanımı: "Siyasi fəal həbsxanadan müalicə müəssisəsinə köçürüləcək"

"Elçin Həsənzadə dərmanlarla yaşayır” Həbsdə olan siyasi fəal Elçin Həsənzadənin səhhətində ciddi problemlər yarandığı, onun böyrəyində və ürək nahiyəsində ağrılar başladığı deyilir. Məlumatı "Turan"a Elçin Həsənzadənin həyat yoldaşı Leyla Həsənzadə verib. Leyla Həsənzadə gələn həftə həyat yoldaşının həbsxanadan Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürüləcəyini deyib. "Elçinin uşaqlıqdan ürək qüsuru var. O, dərmanlarla yaşayır”,- Leyla Həsənzadə belə söyləyib. 2020-ci ilin iyununda Mingəçevir şəhər Mənzil İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayev onlar barəsində xüsusi ittiham qaydasında iddia qaldırıb. 2020-ci il noyabrın 16-da Mingəçevir Şəhər Məhkəməsi hakim Hüseyn Mirzəliyevin sədrliyi ilə Elçin Həsənzadə və İbrahim Türksoyun Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə 1 il islah işlərinə məhkum edilməsi barədə hökm çıxarıb. Onlar məhkəmə zalında həbs ediliblər. Məhkumlar məhkəmənin hökmünü sifarişli hesab edib və apelyasiya şikayəti veriblər. Şəki Apelyasiya Məhkəməsi bu il, martın 2-də Elçin Həsənzadə və İbrahim Türksoyun 8 ay azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

0
125
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar