Xəstəxanada müalicə alan qazi Şahmarın yeni görüntüləri – VİDEO

Ötən ay xəstəxanaya yerləşdirilən Ağdaş rayonun Ovculu kənd sakini, Vətən Müharibəsi Qazisi Tarverdiyev Şahmar Şaban oğlunun yeni görüntüləri yayılıb.
Yeniavaz.com xəbər verir ki, Vətən müharibəsi zamanı beynindən travma alan T.Şahmar müalicə aldığı Maştağadakı xəstəxanadan çıxaraq sağlamlığına qovuşub. Bununla bağlı idmançı Kamil Zeynallı “İnstagram” hesabında məlumat verib. Şahmarla görüntüsünü yayan Kamil onun vəziyyətinin yaxşı və tutmalarının az-az olduğunu bildirib. Buna görə də həkimlərin məsləhəti ilə müalicəsinə evdə davam edəcəyini qeyd edib.
Xatırladaq ki, bir müddət öncə Vətən müharibəsi qazisi Şahmarın sosial şəbəkələrdə özünü vuran və qışqıran yerdə görüntüləri yayılmışdı. Görüntülərdən sonra idmançı Kamil Zeynallı qazini Maştağadakı xəstəxanaya yerləşdirmişdi.
Qazi ilə bağlı ətraflı videonu təqdim edirik:

0
1364
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar