Xocalı 29 il sonra: Fransa 1992-ci il qətliamını tanıyaraq, mövqeyini balanslaşdırarsa…

Müəllif: Sebastyan Bussua

1992-ci il fevralın 26-na keçən gecə Azərbaycan yəqin ki, yeni tarixinin ən qara səhifələrindən birini yaşayıb. Qonşusu Ermənistan kimi, o da müstəqilliyini yeni bərpa etmişdi. Amma Azərbaycandan fərli olataq, Ermənistanda millətçi hərəkatlar iddialı olduqları Dağlıq Qarabağın fəthinə başlamağa hazırlaşırdı…

Bütün müharibələrdə qurbanlar olur, cinayətlər törədilir. Amma 1945-ci ildə təsdiqlənmiş beynəlxalq hüquq ən azı sui-istifadələrin qarşısını almalı, bunu etmədikdə isə (təəssüf ki, bu, tez-tez olur), ən azı müharibə cinayətlərinə yol vermis şəxsləri cəzalandırmalı, günahkarları mühakimə etməlidir.

Hər iki dövlət 70 ildən çox davam etmiş kommunist rejimindən qurtulmuş, müstəqillik qazanmışdı. 1991-ci ildə qazanılmış bu müstəqilliklər region xalqlarında böyük ümidlər yaratmışdı. Lakin az sonra onlar arasında müharibənin başlaması Ermənistanın Dağlıq Qarabağı işğal etməsinə səbəb oldu. 1992-ci il fevralın 26-na keçən gecə isə 7 min sakini olan Xocalı erməni silahlı qüvvələri tərəfindən sözün əsl mənasında məhv edildi. Bu torpaqlardan 800 mindən çox azərbaycanlının qovulması azərbaycanlılar üçün milli sarsıntı idi…

Təxminən 30 ildir ki, məhz Xocalı Azərbaycan üçün ermənilərin Qarabağa iddiasının “rəmz”inə çevrilib. Həmin gecə şəhərdə 613 nəfər, o cümlədən qadınlar və uşaqlar qətlə yetirilib. Öldürülmüş xocalılardan 106-sı qadın, 63-ü uşaq, 70-I qocadır. Bu, nadir hadisələrdəndir…

Ermənistan sonralar qətliam törətdiyini eitraf edib. Bununla belə, o, 27 il ərzində işğalçı siyasətini davam etdirib, beynəlxalq hüququ pozmağa davam edib. Halbuki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədə də Qarabağ Azərbaycan ərazisi kimi tanınıb.

Müharibə hər zaman uğursuz həll yoludur. Lakin ATƏT-in problem danışıqlar yolu ilə çözməli olan, 1992-ci ildə yaradılmış, Rusiya, ABŞ və Fransanın həmsədrlik etdiyi Minsk qrupu bütün bu illər ərzində ortaya nəticə qoya bilmədiyindən, 2020-ci ilin sentyabrında Azərbaycan öz ərazilərini hərbi yolla azad etmək qərarına gəldi. Bununla da, Bakı beynəlxalq hüququn ona qaytara bilmədiyi torpaqlarını 44 günlük müharibə ilə geri aldı. Təbii ki, bu zaman da hər iki tərəfdə çox qan axdı, mülki şəxslər, hərbçilər həlak oldu.

İndi Azərbaycan Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar anım tədbirləri keçirir. Tərəflər arasında noyabrın 10-da imzalanmış bəyannamədən sonra o, güclü tərəfə çevrilib. İndi yaralarını sarımaq, gələcək haqda düşünmək vaxtıdır.

Son müharibə başlayan zaman bir çox xarici KİV kimi, rəsmi Paris də açıq şəkildə ermənipərəst mövqe tutub. Bununla da o, Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü neytrallıq öhdəliyini pozub. Doğrudur, prezident Emmanuel Makron 2020-ci ilin iyununda Fransa ilə Azərbaycan arasındakı hələ Mitteranın dövründən davam edən müsbət münasibətləri yüksək qiymətləndirdiyini deyirdi. Lakin oktyabrda Qarabağ məsələsi ilə əlaqədar o, Ermənistan prezidentini qəbul etmişdi. Bəs Azərbaycan?

Üstəlik, noyabrın 25-də Senat “Dağlıq Qarabağın tanınması”na səs verib. Razılaşaq ki, dünyada heç kimin, hətta Ermənistanın da tanımadığı “Artsax Respublikası” sürrealist anlayışdır. Belə olan təqdirdə, Senat niyə Xocalı qətliamını da tanımasın? Bu qətliamın baş verdiyini Yerevanın özü də etiraf edir axı…

İordaniya, Kolumbiya, İndoneziya kimi ölkələr, ABŞ ştatlarının yarısı, Çexiya və s. bu cinayəti qınayıb. Üstəlik, onların bu hadisə ilə bağlı bəyanatlarında “qətliam”, “kütləvi cinayət”, bəzi hallarda hətta “soyqırımı” kimi terminlərdən istifadə edərək, Bakıya dəstək olublar. Bu hadisənin tanınması ilə bağlı ayrıca, Avropa İttifaqı da düzgün addımlar atıb. O, erməni silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımını 2012-ci ildə Avropa Şurası Parlament Assambleyası vasitəsilə pisləyib. Belə olan təqdirdə, Fransa niyə “dəvəquşu siyasəti” yürütməli, nədən bölgədə təsir gücünü itirməsinə yol açan addımlar atmalıdır?

Azərbaycan Avropa Şurasının, Beynəlxalq Frankofoniya Təşkilatının üzvüdür. 2014-cü ildə prezident Fransua Olland Bakıda həmkarı İlham Əliyevlə birlikdə Fransız Liseyinin açılışını edib...

Beləliklə, Emmanuel Makron və ya xələfi Minsk qrupunun həmsədri kimi, regionda beynəlxalq hüquqa riayət olunmasına nəzarət etməli, ən azı Xocalı qətliamını tanımalı, azərbaycanlı məcburi köçkünlərin Qarabağa mümkün qədər tez qayıtmasına yardım göstərməlidir. Artıq keçmişdən gələn nifrətə son qoyulması üçün bu iki icma arasında barışığa yol açmaq, azərbaycanlılarla ermənilər arasında kağız üzərindəki sülhün qəlblərə keçməsinə kömək etmək lazımdır. Fransa neytral mövqe tutaraq bu işə töhfə verməlidir.

0
414
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar