“Yalan sözlər, boş vədlər!” – "Azərsu"nun sabiq sədri Qorxmaz Hüseynov sakinləri niyə aldadıb?

KONKRET.az olaraq ötən həftə Siyəzən rayon Dağ Quşçu kəndində çəkiliş aparıb, sakinlərin problemlərini işıqlandırmışdıq. Əhali kənddə yaşamaq üçün heç bir infrastrukturun olmadığını, qaz, su və işıq üzünə həsrət qaldıqlarını bildirirdi. Əsasən içməli su sarıdan əziyyət çəkdiklərini deyən sakinlər bir neçə dəfə “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun qəbuluna getdiklərini, lakin heç bir nəticə hasil olmadığını vurğulayırdılar. Kənd sakinlərindən biri Mehman Rəhimov isə kameramıza bunları bildirmişdi: “Şəxsən mən keçən il “Azərsu” sədri Qorxmaz Hüseynovun Şabran rayonunda qəbulunda olmuşam. Özü məni şəxsən qəbul edib, deyib ki, get, mütəxəssis göndərəcəm, gəlib araşdıracaq. Bəli, mütəxəssis göndərdilər. Lakin hələ indiyə qədər problem öz həllini tapmayıb. Yəni yalan sözlər, boş vədlər!”.

Redaksiyamız məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı ilə əlaqə saxlayaraq, qurumun mövqeyini öyrənib.

Ətraflı videomaterialda:

 

0
272
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar