• Şikayət et

Yaponiyada tələbələrə Azərbaycanla bağlı onlayn dərslərə başlanılıb

Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının sədri, Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili almış yaponşünas alim Əlibəy Məmmədov yapon tələbələrə “Azərbaycanın indi maraqlı olmasının səbəbləri” mövzusunda onlayn dərslərə başlayıb. Azerforum.com xəbər verir ki, ilk belə onlayn dərs Yaponiyanın Tokio şəhərində yerləşən Seijo Universitetinin tələbələri üçün keçirilib

Əlibəy Məmmədov dərsdə yapon tələbələrə Azərbaycanın tarixi, siyasəti və iqtisadiyyatı haqqında məlumat verib.

Xatırladaq ki, 5 ildən artıqdır həmyerlimiz Yaponiyanın Tokio, Yokohama, Saitama və Çiba və s. şəhərlərində yerləşən məktəblərdə, eləcə də Hokkaido, Keio və Seijo universitetlərində Azərbaycanın mədəniyyəti və multikulturalizmi haqqında dərslər keçir.

Onu da əlavə edək ki, 2018-ci ildə Əlibəy Məmmədovun yapon dilində “Azərbaycanın indi maraqlı olmasının səbəbləri” adlı kitabı işıq üzü görüb. Nəşr Yaponiyada böyük marağa səbəb olub. Məhz bu kitabdan sonra bir çox yapon iş adamı Azərbaycanla əməkdaşlıq etməyə maraq göstərib. 

 

 

 

Mənbə:
0
4781
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar